Siyasətçi qeyd edib ki, İDF hücumları anklavdakı mülki əhalini hədəf alır və humanitar böhranı dərinləşdirir.
Elchi.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İsrail dərhal “dəlilik vəziyyətindən” çıxmalı və Qəzza zolağına hücumları dayandırmalıdır.
“İsrail dərhal bu çılğınlıq vəziyyətindən çıxmalı və hücumlarını dayandırmalıdır. Mən bu gün bütün bacı və qardaşlarımı İstanbul Atatürk Hava Limanına Fələstinlilərin böyük mitinqinə dəvət edirəm, burada çağırışlarımızı gücləndirəcəyik və İsrail zülmünə qarşı birlikdə olduğumuzu yüksək səslə bəyan edəcəyik”, – siyasətçi X sosial şəbəkəsində yazıb.
Türkiyə lideri bildirib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) gecə zərbələri növbəti dəfə qadın, uşaq və günahsız mülki vətəndaşları hədəf alıb. İsrail ordusunun hücumlarının davam etməsi humanitar böhranı daha da pisləşdirir, Ərdoğan qeyd edib.
Şayəstə Hüseynova






