Türkiyə prezidenti Ərdoğan İsrailin baş naziri Netanyahunu “Qəzzanın qəssabı” adlandırıb.
Elchi.az xəbər verir ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu “Qəzzanın qəssabı” adlandırıb. TASS xəbər verir ki, onun fikrincə, israilli siyasətçi keçmiş Yuqoslaviya lideri Slobodan Miloseviçin taleyini bölüşməlidir və onun gedişi ilə Yaxın Şərqə sülh gələcək.
“Əvvəlcə dediyim kimi, Netanyahu Qəzzanın qəssabıdır. O, Beynəlxalq Cinayət Məhkəməsində Miloşeviç kimi mühakimə olunmalıdır”, – Türkiyə lideri bildirib.
Ərdoğan həmçinin vurğulayıb ki, Ankara üç minə yaxın vəkil vasitəsilə Qəzza zolağındakı vəziyyətlə bağlı məhkəmə prosesi başlatmağa çalışır. Siyasətçi əlavə edib ki, “ləyaqətli cəza” təkcə Netanyahu və onun ətrafına deyil, digər ölkələrin siyasətçilərinə də şamil edilməlidir.
Şayəstə Hüseynova





