Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya Qara dənizdəki vəziyyətlə bağlı ultimatum vermək üçün səfər edəcək.
Elchi.az xəbər verir ki, bunu rusiyalı ekspert Mixail Krutixin deyib.
“Təkcə Türkiyə deyil, bir çox ölkə Qara dəniz hövzəsində baş verənlərdən narahatdır. Çünki orada Ukrayna ilə Rusiya arasında qarşıdurma elə bir həddə çatıb ki, nəinki taxıl müqaviləsi ləğv edilib, hətta artıq gəmiçilik, limanlara giriş təhdidləri var və Ukrayna limanları Rusiyanın hücumuna məruz qalır.
Ərdoğanın isə bir mesajı var: bunu dayandırmaq lazımdır. Niyə? Birincisi, eyni Novorossiysk vasitəsilə Qazaxıstanda Çin şirkətləri, İtaliya, Amerika şirkətləri və avropalılar tərəfindən istehsal olunan neft ixrac edilir”, – ekspert bildirib.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...




