Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə rusiyalı həmkarı Vladimir Putinlə taxıl müqaviləsinin bərpası məsələsini müzakirə etmək niyyətində olduğunu bildirib. O, ümid edir ki, taxıl dəhlizi açılacaq və taxıl tədarükü tədricən artacaq.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Bundan əvvəl Ərdoğan bölgədə gərginliyi artırmamağa çağırıb: “Taxıl müqaviləsi qlobal ərzaq böhranının qarşısını almağa imkan verdi. Rusiya isə bu prosesdən kənarda qala bilməz”,-deyə Ərdoğan bildirib.
Xatırladaq ki, bu il iyulun 17-də Rusiya Federasiyası BMT, Türkiyə və Ukraynanı xəbərdar edərək taxıl sazişindən çıxıb. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, sövdələşmənin Rusiya hissəsi yerinə yetirilməmiş qalıb. Buna baxmayaraq, Moskva qarşısında öhdəlikləri yerinə yetirilən kimi dərhal razılaşmaya qayıtmağa hazırdır.
Yeganə





