Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, humanitar fasilədən sonra Qəzza zolağında sülhün bərqərar olması ehtimalı İsrailin barışmaz yanaşması səbəbindən ləğv edilib.
Elchi.az bu barədə NTV.com.tr-yə istinadən xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) qayıtdıqdan sonra jurnalistlərə açıqlama verən Ərdoğan möhkəm sülhə nail olmaq ümidini itirmədiyini də bildirib və əlavə edib ki, Fələstinin HƏMAS qrupu potensial həll yolundan kənarda qala bilməz.
Yeganə






