Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın əməliyyatından sonra Qarabağda sülhün bərqərar olacağına ümid etdiyini bildirib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, həmçinin əlavə edib ki, Bakının Qarabağda antiterror əməliyyatı keçirmək qərarı məcbur olub.
Qeyd edək ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin görüşünün Qarabağda vəziyyətin normallaşmasına kömək edəcəyinə ümid etdiyini bildirib.
O əlavə edib ki, Azərbaycan və Türkiyə əməkdaşlığı inkişaf etdirmək hüququndan istifadə edən suveren dövlətlərdir.
Havar Şəfiyeva






