Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin öz ölkəsi ərazisindən keçməsini təmin etməkdən imtina edərsə, Türkiyə İran vasitəsilə Azərbaycana dəmir yolu dəhlizi çəkəcək. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətlərinin birbaşa əlaqələrin yaradılması layihəsi əlaqələrimizi gücləndirəcək. Bu səbəbdən biz mümkün olan hər şeyi edəcəyik. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin işə salınması strateji məsələdir və həyata keçirilməlidir”, – deyə Ərdoğan Naxçıvandan qayıdarkən türkiyəli jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə avtomobillər və qatarlar Bakıdan birbaşa Türkiyənin Qars vilayətinə gələ biləcək.
Havar Şəfiyeva






