Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk rəsmilərinin İsrailə bütün səfərlərini ləğv edib. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, o, bu barədə ölkə parlamentində çıxışı zamanı bildirib.
“Mənim İsrailə səfər proqramım var idi, onu ləğv etdim, səfər olmayacaq”, – deyə Türkiyə lideri bildirib.
Bundan əvvəl Türkiyə prezidenti regiondankənar oyunçuları İsrailə kömək etməklə Yaxın Şərq regionunda vəziyyəti gərginləşdirməməyə çağırıb.
Havar Şəfiyeva






