“İran səfirinin çıxışı məhz İrəvanın Moskvaya qarşı savaş aparması üçün gizli mesaj idi”.
Bu açıqlama ilə erməni analatiki Aykazn Qaqriyan çıxış edib. O, yaxın günlərdə daha bir neçə ölkənin bu tip mesaj verə biləcəyini söyləyib:
“Ermənistana təzyiqlər son günlər daha çox artıb. Ruslar müxtəlif vasitələrlə Qarabağda öz qoşunlarını yerləşdirmək və Qafqazda varlıqlarını sürdürməyə çalışırlar. İstənilən halda Ermənistanın çıxış yolu demək olar ki, tükənib. İran səfirinin çıxışı məhz İrəvanın Moskvaya qarşı savaş aparması üçün gizli mesaj idi. Yaxın günlərdə Ermənistana bu tip mesajların daha bir neçə dövlət tərəfindən verilməsi gözlənilir. Hazırda İrəvanın yeganə ümidi məhz orduya qalıb. Müdafiə Nazirliyi isə regionda əsas gücə dönməkdən ötrü ən müasir silahların ona verilməsi üçün bir neçə ölkəyə müraciət edə bilər. Məhz bu amil Moskvanın İrəvana yaxınlaşmasını bir qədər başqa formata keçirəcək. Amma hələlik bütün yollar Bakıya aparır. Bölgədəki oyunlar isə Əliyevin xeyrinə cərəyan edir”.



