Erməni deputatlar sabah Bakıya gələcək

>

Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan sabah Bakıya gəlmək niyyətindədir.

Bunu da oxuyun

“Report” xəbər verir ki, bu barədə Armen Aşotyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, onlar sentyabrın 22-də Bakıda keçiriləcək Euronest Parlament Assambleyasının (PA) təşkil etdiyi forum çərçivəsində “Şərq tərəfdaşlığı” Proqramı ölkələrində gender bərabərliyi məsələlərinin müzakirəsində iştirak edəcəklər.

Məlumata görə, Ermənistan nümayəndə heyəti Bakıda keçirilən bu tədbirdə iştirak etmək üçün dəvət alıb.

Milli Məclisin Mətbuat xidmətindən bildiriblər ki, erməni deputatların adları iclas iştirakçılarının siyahısında var, lakin onların tədbirə qatılıb-qatılmayacaqları barədə dəqiq məlumat yoxdur.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728