"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Erməni hüquq müdafiəçiləri Bakıda prezidentlərə müraciət etdilər – MƏTN

08 Noyabr 2016 - 19:08
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilib.

Elchi.az  müraciətin mətnini təqdim edir:

Ermənistan Respublikasının prezidenti cənab Serj Sarkisyana

Erməni xalqına

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Azərbaycan xalqına

8 Noyabr 2016 il

Bakı şəhəri

Müraciət

Biz Azərbaycan və erməni xalqının nümayəndələri ürək ağrısı ilə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas problemləri və həll yollarını müzakirə etmək üçün bir yerə toplaşmışıq. On minlərlə həmyerlimizin qətli, yüz minlərlə qaçqın və məcburi köçkünü yaranması ilə nəticələnən bu münaqişə artıq 25 ildən artıqdır ki, davam edir. Ona görə də biz vətəndaşlıq borcundan irəli gələrək sizə müraciət edirik.

SSRİ-nin dağılmasından sonra öz müqəddəratını təyinetmə hüququndan istifadə edən Azərbaycan və Ermənistan müstəqil dövlət oldular. Lakin çox təəssüflər olsun ki, beynəlxalq hüquq və Avropada qəbul olunan Helsinki Yekun aktı əsasında dövlətlərarası sivil əlaqələr Cənubi Qafqaz regionunda əsas meyar çevrilə bilmədi. İki ölkə arasında baş verən qanlı müharibənin fəsadları regionda hələ də sülh və sabitliyin bərqərar olmasına imkan vermir. On illiklər ərzində yaşından, cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq müharibə odunun hər iki ölkəyə vurduğu maddi və mənəvi zərəri, o dəhşətləri yalnız statistik məlumatlarla ifadə etmək qeyri mümkündür.

Bu gün bütün təmas xəttində və hər iki ölkənin beynəlxalq birlik tərəfindən tanınan sərhədləri boyu səngərlər qazılıb və İkinci Dünya müharibə şəkillərini xatırladan minalanmış ərazilər var. Səngərlərdə gənc azərbaycanlı və erməni əsgərlər snayper tüfənglərinin optik nişanlarından bir-birlərini izləyirlər. Hər iki ölkədə böyüyən gənc nəslin bir-birləri haqqında təsəvvürləri müharibə və onun gətirdiyi ağrı əsasında formalaşır. Məlum aprel hadisələri bir daha göstərdi ki, müharibənin bərpa olunması faciəvi nəticələrə səbəb ola bilər. 90-cı illərdən fərqli olaraq hər iki ölkənin hərbi arsenalının genişlənməsi və hərbi riskin amilinin ballistik raketlərə qədər artması müharibənin təhlükəsinin dəhşətli hüduda çatmasının göstəricisidir. Hərbi məqsədlər üçün xərclənən bütün bu resurslar bizim xalqlarımızın rifahı və həyatlarının çiçəklənməsinə xidmət edə bilərdi.

Ermənistan və Azərbaycan xalqı artıq uzun müddət davam edən bu münaqişədən beziblər və yeni itkilər vermək istəmirlər. Ermənilər və azərbaycanlılardan başqa bu münaqişəni kiminsə həll edəcəyinə inanmaq sadəlövhlükdür. Bundan irəli gələrək biz bildiririk:

– Cəsarət və müdriklik göstərin, keçmişin əsiri olmayın, gələcəyə baxın və müharibənin faciəvi nəticələrindən dərs götürün;

– Münaqişənin qısa vaxtda dinc yolla həlli üçün substantiv və nəticəyə hədəflənmiş danışıqarı sürətləndirmək, danışıqların imitasiyasına son qoymaq. Münaqişənin tezliklə həlli nəyinki Dağlıq Qarabağın, hətta bütün Ermənistan və regionun iqtisadi inkişafına təkan verəcək ki, bu da iki ölkə arasında sülh və əməkdaşlığa qiymətsiz töhfə olacaq. Bu halda nə qalib, nə də məğlub olacaq. Bu həm Ermənistan, həm də Azərbaycan xalqı üçün yalnız məğlubiyyətsiz nəticə əldə etməyə imkan verir;

– ATƏT-in Minsk qrupu həmsədrləri ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qəbuledilməz və davamlı olmadığını bəyan etkiləri status-kvonu dəyişmək;

– İndiki status-kvonun fundamental əsası olan işğal faktının aradan qaldırılması və qoşunların işğal olunan ərazilərdən çıxardılması ;

– Daxildə öz yaşayış yerlərini dəyişmiş şəxslərin təhlükəsiz və layiqli şəkildə öz daimi yaşayış məskənlərinə qayıtmalarını təmin etmək;

– Bu gün Azərbaycan tolerant, multikultural və inkişaf edən ölkədir. Burada yaşayan 30 min erməninin hüquqları heç bir şəkildə pozulmur, hətta davam edən münaqişəyə baxmayaraq, onlar diskriminasiyaya məruz qalmırlar. Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmalarının dinc, təhlükəsiz birgəyaşayışı üçün heç bir problem yoxdur. Məhz buna görə azərbaycanlı və ermənilərin birgə yaşayışının guya etnik uyğunsuzluq səbəbindən mümkün olmaması haqda əsassız, irqçi fikirlər qəti şəkildə rədd edilməlidirlər;

– Bu kontekstdən baxanda, Azərbaycanın sərhədləri daxilində erməni və azərbaycanlı icmalarının hüquq və təhlükəsizliklərinə zəmanət verildiyi Dağlıq Qarabağ Muxtar Respublikasının yaradılması haqqında bir qədər əvvəl səslənən təklifə həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətləri potensial və gerçəkləşməsi mümkün olan kompromiss kimi ciddi yanaşmalıdırlar;

– Azərbaycanla Ermənistan arasında BMT, ATƏT, Avropa Birliyi və digər beynəlxalq qurumların qətnamə və qərarlarına, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının uyğun qətnamələrinə, o cümlədən, beynəlxalq hüququn və suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı haqqında Helsinki Yekun Aktının prinsiplərinə uyğun gələn sivil münasibətlərin formalaşdırılması vacibdir;

– Vətəndaş cəmiyyətləri arasında dialoqun davam etməsi üçün bu platformadan gələcəkdə də istifadə olunması konfliktin həllinə öz töhfəsini verə bilər.

Konfransın erməni tərəfdən iştirakçıları adından bəyanatı bu şəxslər imzalayıblar:

1. Vahe Avetyan – hüquq müdafiəçisi

2. Vaan Martirosyan – “Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri

3. Süzan Cahinyan – Jurnalist, “Meridian” hüquq-müdafiə təşkilatının vitse-prezidenti.

Azərbaycan tərəfindən isə bəyanatı Rövşən Rzayev (Dağlıq Qarabağın Azərbaycan İcmasının üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru) və Şəlalə Həsənova (“İctimaiyyətlə əlaqələrin inkişafına dəstək” ictimai birliyinin sədri) imzalayıblar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda yeni universitet yaradılıb – Sərəncam

Next Post

ABŞ-da seçkilər: onlayn-reportaj – YENİLƏNİR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ-da seçkilər: onlayn-reportaj – YENİLƏNİR

PKK-ya son 20 ilin ən böyük zərbəsi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.