"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Erməni jurnalist: “Zeynəb Xanlarova Ermənistanda çox sevilirdi”

17 Oktyabr 2014 - 13:50
in CƏMİYYƏT

David Petrosyan: “Azərbaycanlılar Yerevanda az olsalar da, nüfuzlu idilər”

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

68308_res_01Ermənistanlı jurnalist David Petrosyan Avrasiya Əməkdaşlıq Fondunun “Təmas xətti” layihəsi çərçivəsində “epress.am” saytına Ermənistan azərbaycanlıları ilə bağlı maraqlı müsahibə verib.

Modern.az saytının məlumatına görə, Petrosyan əvvəlcə ölkəsindəki azərbaycanlıların yalnız kənd yerlərində yaşaması ilə bağlı sovet dövründə formalaşan stereotipin yanlış olduğunu deyib: “Azərbaycanlılar Yerevanda çoxluq təşkil etməsə də, nüfuzlu azlıq idi. Sovet hakimiyyəti qurulandan sonra şəhərə çoxlu erməni köçürlüdüyündən azərbaycanlıların əhali tərkibindəki sayı azalmışdı. Lakin Yerevanda azərbaycanlıların kompakt yaşadığı məhəllələr qalmışdı: Silahçı, Toxmaqgəl. Yerevanın ürəyi sayılan Kond rayonunda yaşayanların da əksəriyytəi azərbaycanlı idi”.

Jurnalist müsahibə zamanı Yerevanda sovet dövründə fəaliyyət göstərən Cəfər Cabbarlı adına Yerevan Dram Teatrının fəaliyyətinə də toxunub: “Cəfər Cabbarlı adına teatrın öz binası yox idi. Çox vaxt erməni teatrlarında tamaşa göstərirdilər. Zal dolu olurdu. 80-ci illərdə Ermənistan əhalisinin 5-6 faizini təşkil edən azərbaycanlılar tamaşaçı marağını təmin edirdilər”.

David Petrosyan azərbaycanlıların kompakt şəkildə Amasiya bölgəsində, Masis, Vardenis rayonlarında yaşadıqlarını xatırladıb: “Söhbət ondan gedir ki, azərbaycanlılar uzun illər bu torpaqlarda yaşayıblar və sovet dövründə də özünəməxsus mədəniyyətlərini qoruyub-saxlamışdılar. Azərbaycan dilində “Sovet Ermənistanı” qəzeti çap olunurdu, radio verilişləri yayımlanırdı. Ermənistan Ali Sovetinin sədr müavinlərindən biri milli azlıq nümayəndəsi kimi mütləq azərbaycanlı olmalı idi. Ermənistan parlamentinə sonuncu azərbaycanlı deputat 1989-cu ilin oktyabrındakı əlavə seçkilər zamanı Amasiyadan seçilmişdi. Amma bu, çox çəkmədi”.

Ermənistan azərbaycanlılarının sovet dövründəki təhsil məsələsinə toxunan David Petrosyan milli gərginliyin yarandığı zaman sovet rəhbərliyinin buna müdaxilə etdiyini də xatırlayır: “Azərbaycanlıların öz məktəbləri var idi, amma onların bir qismi rus məktəblərində oxuyurdu. Bəzən erməni məktəblərində də azərbaycanlılara rast gəlmək olurdu. Onların böyük əksəriyyəti erməni dilini yaxşı bilirdi. Çox güman ki, milli zəmində müəyyən problemlər olurdu. Ola bilməzdi ki, problemlər olmasın, lakin Sovet İttifaqının ideoloji doktrinası milli gərginliyə yol vermirdi”.

Sovet Ermənistanında populyar olan azərbaycanlı müğənnilərə toxunan David Petrosyan Rəşid Behbudov və Zeynəb Xanlarovanın adını çəkir: “Zeynəb Xanlarova Ermənistan SSR-in xalq artisti idi və sizə deyim ki, xalq onu çox sevirdi. Onu sevən böyük bir çevrə var idi. Onun fəxri ad alması buna görə təsadüfi deyildi. Hətta onun konsertlərinə görə insanlar Gürcüstana belə gedirdilər. Məşhur azərbaycanlı müğənni Rəşid Behbudov isə erməni cazının inkişafında böyük xidmətlər göstərib. O bir müddət Yerevandakı “Nairi” kinoteatrındakı kafedə müğənnilik edib və sonradan Bakıya köçərək populyarlıq qazanıb”.

O, müsahibəsində Ermənistan kinoşünaslığının banisi Sabir Rzayevi də yada salıb: “Sabir Rzayev erməni kinoşünaslığının banisidir. İkinci Dünya Müharibəsində iştirak edib. Rzayev bir neçə erməni filminin ssenarisini yazıb, çox maraqlı işlər görüb. Səhv etmirəmsə, bir neçə il əvvəl Yerevanda Sabir Rzayevin fəaliyyəti ilə bağlı kitab çıxmışdı. Hesab edirəm ki, bu çox vacibdir. Onun qəbri Yerevandadır.

Ölümündən 3 il əvvəl Ermənistanın Əməkdar incəsənət xadimi adını almışdı. Qarabağ uğrunda müharibə başlayanda öz aramızda “nə yaxşı ki, Sabir bu günləri görmədi”, – deyib düşünrdük”.

Jurnalsiot David Petrosyan fikrini yekunlaşdırarkən bəstəkar Arno Babacanyan ilə müğənni Müslüm Maqomayevin məhsuldar əməkdaşlığını xatırlayıb və bu faktları gənclərin bilməsinin vacib olduğunu deyib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Arif Hacılı Müsavatdan gedənlərə “xəyanətkar” dedi

Next Post

Platinidən “futbolda ağ kart” təklifi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Platinidən “futbolda ağ kart” təklifi

Dərbənd azərbaycanlıları ayağa qalxdı: “Ölümə də hazırıq…”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.