“Bu günə qədər təkcə Ermənistan yox, elə Dağlıq Qarabağın özü də “Dağlıq Qarabağ Respublikası”nın
İrəvan tərəfindən rəsmən tanınmasına hazır deyil”.
İrəvan tərəfindən rəsmən tanınmasına hazır deyil”.Virtualaz.org bildirir ki, bunu noyabrın 21-də millətçi “İrs” partiyasının lideri Raffi Ovannisyan “Novosti Armenii” saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, “DQR” bu tanınmaya hazır olmalıdır: “Nə qədər ki, Ermənistanda legitim hakimiyyət, yeni hüquqi qaydalar yoxdur, şəxsən mən və “İrs” partiyası bu məsələni qaldırmayacağıq”.
Yeri gəlmişkən, Ermənistan parlamentindəki digər qüvvələr dəfələrlə vurğulayıblar ki, “İrs”in “DQR”-in tanınması barədə təşəbbüsü vaxtından əvvəl irəli sürülüb və bu, onların fikrincə, sülh danışıqlarına mane olur.



