"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Erməni millətçiliyinin kökləri”

09 Fevral 2015 - 12:56
in GÜNDƏM

Elməddin Behbud: “Gənc nəsil erməni millətçiliyinin faşist mahiyyətindən xəbərdar olmalıdır” img1741957

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANiB) təşkilatçılığı ilə “İrqçi ideologiya olan erməni düşüncə sistemi: Faşist “Yeninizam” anlayışı və Njdenin “Tsexakronu” mövzusunda seminar keçirlib. Toplantını giriş sözü ilə açan DANİB sədri Elməddin Behbud seminarın saxta erməni soyqırımı iddialarının 100-cü ildönümünə həsr edildiyini bildirib. Təşkilat sədri ermənilərin 1915-ci ildə Şərqi Anadoluda baş verən hadisələri dünyaya “soyqırım” aktı kimi tanıtmağa çalışmasının kökündə Türkiyəyə qarşı torpaq iddialarının durduğunu deyib. E.Behbud ötən yüzildə ermənilərin və havadarlarının iddialarını sübuta yetirəcək heç bir əsaslı elmi, tarixi fakt ortaya qoya bilmədiklərini və 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu saxtakarlıqların qarşısında artıq Türkiyənin yalnız deyil, güclü Azərbaycan dövləti ilə birgə dayandığını qeyd edib. DANİB sədri erməni millətçiliyinin faşist mahiyyətindən gənc nəslin xəbərdar olması və düşmənlə bütün sahələrdə olan mübarizədə uğur qazanmağımız üçün dövlətlə yanaşı vətəndaş cəmiyyətinin, o cümlədən gənclər təşkilatlarının da yerli və beynəlxalq miqyasda Azərbaycan həqiqətlərini fəal şəkildə təbliğ etməli olduğunu vurğulayıb.
Türkiyə Cumhuriyyətinin ölkəmizdəki səfirliyinin ikinci katibi Murad Yalçın təmsil etdiyi dövlətin heç bir halda təzyiqlərə boyun əyərək tarixinin təhrif olunmasıyla razılaşmayacağını deyib. Keçirilən seminarın mövzusunu yüksək dəyərləndirdiyini bildirən Murad Yalçın 1915-ci il hadisələrini tarixçilərin tədqiqat mövzusu hesab etdiyini və Türkiyənin rəsmi dövlət arxivlərinin bütün araşdırmaçılara açıq olduğunu qeyd edib. Diplomat DANİB-in tarixi həqiqətlərin təbliği sahəsində fəaliyyətini alqışladığının bildirib.
Seminarda Türkiyənin Ərciyəz Universtetinin ermənişünaslıq bölməsinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Caxmaqli geniş məruzəilə çıxış edib. Ermənilərin Şərqi Anadoluda məskunlaşması ilə bağlı tarixşünaslıqda bir neçə nəzəriyyənin olduğunu deyən Qafar Çaxmaqlı bu gün dünyada tarixi faktların saxtalaşdırılması işində düşmənin öz aramızdan da dəstəkçilər tapdığını təəssüflə qeyd edib. Erməni millətçiliyi ideologiyasının gerçək irqçi və faşist əməllər üzərində bərqərar olduğunu bildirən ermənişünas alim müxtəlif cərəyanlardan konkret faktları iştirakçıların diqqətinə çatdırıb. Njdenin irqçi “Tsexakron” nəzəriyyəsinin Ermənistanın hakim Respublikaçılar Partiyasının rəsmi ideologiyası olduğunu və onun əsasında türk millətinə nifrətin dayandığını qeyd edib.
Seminarda çıxış edən Gənclər və İdman Nazirliyi yanında Gənclər Təşkilatlarının İctimai Şurasının sədri Nurəddin Mehdiyev DANİB-in gənclərin vətənpərvərlik və vətəndaşlıq hisslərinin gerçək elmi faktlara söykənərək təbliğinə hər zaman xüsusi diqqət ayırdığını və bunun təqdirəlayiq olduğunu bildirib. N.Mehdiyev gənclərin tarixi olduğu şəkildə mənimsəməsinin və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin qəbul etdiyi şəkildə onlarla təbliğ etməsinin vacibliyini vurğulayıb. Ermənilərin 1915-ci il hadisələrinin 100-cü ildönümünə hazırlıq istiqamətində gördüyü işləri toplantı iştirakçılarının diqqətinə çatdıran N.Mehdiyev saxta iddialara qarşı yeni və təsirli mübarizə vasitələri ilə bağlı təkliflərini səsləndirib.
Seminar mövzu ətrafında diskussiyalarla öz işini davam etdirib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı avtobusunda dava: bir qadın, bir kişi, bir də şapalaq (VİDEO)

Next Post

Məşhur Rio karnavalı başladı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Məşhur Rio karnavalı başladı

Nəqliyyat Nazirliyindən xəbərdarlıq (VİDEO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.