
Elchi.az a24.az-a istinadən xəbər verir ki, 85 millimetrlik D-44 topu diviziya topu olub, düşmənin artilleriya batareyalarını, canlı qüvvəsini, müəyyən istehkam qurğularını dağıtmaq və məhv etmək üçün istifadə edilir.
Bu topla 15800 metr məsafəni vurmaq mümkündür. Əsas vəzifə hərbi əməliyyatların aparılması zamanı piyada qüvvələrini atəş dəstəyi ilə təmin etməkdir.
Piyada qüvvələrinə yardım etmək üçün onların verdiyi hədəfləri sıradan çıxartmaq lazımdır. Top genişmiqyaslı döyüş əməliyyatlarının taleyini müəyyən edən bir silahdır.
Elchi.az



