Erməni qadın Zəhranın məzarını ziyarət edib

Bunu da oxuyun

Erməni qadın Zəhranın məzarını ziyarət edib

“Ermənistan-Azərbaycan Sülh Platformasına” qoşulan Oksana Altunyan 30 il sonra Azərbaycana səfəri çərçivəsində minaatan və ağır artilleriya atəşi nəticəsində həyatını itirmiş 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın məzarını ziyarət edib.

Elchi.az-ın məlumatına görə, “Ermənistan-Azərbaycan Sülh Platforması”-nın üzvləri Oksana Altunyan və Dilarə Əfəndiyeva, o cümlədən Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyev Füzuli rayonunnun Alxanlı kəndində səfərdə olub.

Oksana Altunyan onların yaxınlarına və həmkəndlilərinə başsağlığı, verərək mülki vətəndaşlara qarşı aqressiyanı pislədiyini bildirib. Oksana sülh və mehriban qonşuluğun bərpası üçün iki xalqın ziyalılarına öz səylərini birləşdirməyə çağırıb:

“Biz, cəbhədə bu vəhşiliyə son qoymalıyıq. Sadə xalqın nümayəndəsi kimi məndə Azərbaycanlılar və Ermənilər arasında sülühün bərqərar olmasını istəyirəm. Bunun üçün də, hər iki ölkənin rəhbərliyi dərhal hərbi əməliyyatları dayandırmalı və danışıqlar masasına oturmalıdır”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728