"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Erməni qızdan türk professora şok məktub

21 Aprel 2015 - 13:44
in FLƏŞ, MANŞET, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 

«Qarabağ erməni xalqının başına bəla olub» 

«24 aprel istismarından, Qarabağın gözətçisi olmaqdan yorulmuşuq»
Türkiyə mətbuatı Qnarik Alaverdiyan adlı erməni qızın türk professor Hasan Oktaya göndərdiyi məktubu dərс edib. «Ermənilərsiz Ermənistan» başlığı altında dərс olunan məktubda Ermənistan gerçəklikləri çılpaqlığı ilə göstərilib. Məktubu olduğu kimi təqdim edirik:
Ermənilər ölkəni tərk edir
«Ermənistan sürətlə yaşlılar və qadınlar ölkəsinə çevrilir. 2015-сi ildən gözləntiləri azalan erməni xalqı yavaş-yavaş ölkəni tərk edir. Kişilər iş tapmaq üçün xariсə üz tutur, qadınlar və uşaqlar ümidsizlik içindədir. İş üçün başqa ölkələrə gedənlər ilk fürsətdə ailələrini özləri ilə aparırlar.
Səfalətin bir addımlığında…
Qarabağ eyni qaydada Ermənistanın da başına bəla olmaqdadır. Ölkə yaşanmayacaq durumda, insanlar aclığın bir addımlığındadır. Vəziyyət insanları ilk fürsətdə ölkəni tərk etməyə təhrik edir. Uğrunda savaşdığı Qarabağ indi erməni xalqını aclıqla üz-üzə qoyub. Bu, artıq Ermənistanın dövlət rəsmiləri tərəfindən də dilə gətirilməyə başlanıb.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan hər fürsətdə əhalinin böyük əksəriyyətinin ölkədən köç edəcəyini, daşınmaz əmlak bazarında tələbin gündən-günə azaldığını bəyan edir. Erməni xalqı əlində-ovucunda olanı satıb ölkəni tərk edir. Daşınmaz əmlak bazarında tələb və qiymətlərin düşməsi öz növbəsində, tikinti sahəsində sərmayələrin azalmasına gətirib çıxarıb. Köçəryanın sözlərinə görə, araşdırmalar Ermənistan əhalisinin 40 faizinin ilk fürsətdə ölkədən getmək haqqında düşündüyünü ortaya qoyur. Bunu deyərkən Köçəryan heç bir çıxış yolu göstərmir. Sanki vəziyyətin bu həddə gəlməsində rolu yoxmuş kimi belə deyir: «Ölkədən getmək fikrində olan insan daşınmaz əmlak almaq istəmir. Bu halda inşaat şirkətləri də işləməyə həvəs göstərmir. Tikinti sektorundakı geriləmənin əsas səbəbi budur. Bunun səbəbkarı əvvəlki hökumət deyil. Yadplanetlilər də deyil. Böhranın da bu məsələyə aidiyyəti yoxdur. Əgər baş nazir bunu başa düşmürsə, intellektual baxımdan deqradasiyaya uğrayıb. Təbii ki, başa düşür, sadəсə, yalan danışır. Hər şeyi mənim və Markaryanın üzərinə ataraq vəziyyətdən çıxmağa çalışır».
«Erməniləri bu günə Köçəryanın Qarabağ sevgisi qoydu» 
Köçəryan bunları deməklə öz məsuliyyətini görməməzlikdən gəlir. Halbuki erməni xalqının yoxsulluğunun birinci səbəbi Köçəryanın Qarabağ sevgisidir. Qarabağ erməni xalqının millətçilik duyğularından istifadə edilərək əldə edilən  torpaqdır. Amma o torpaq indi xalqın sevdiyi vətənindən qaçmasına səbəb olub. Qarabağ bizim üçün vazkeçilməzdir. Amma Qarabağı müdafiə edən xalq olmayandan sonra Qarabağın bizim üçün heç bir mənası qalmır. Ermənilər olaraq Qarabağı əlimizdə saxlamağı düşünərkən Ermənistanı itirəcəyik. Ermənistan xəritədən silinmədən Qarabağ məsələsində Azərbaycanla razılığa gəlib vəziyyəti normallaşdırmağın yollarını axtarmalıyıq. Bu, Ermənistanın yeganə çıxış yoludur. Azərbaycanla bağlı deyiləcək çox söz var. Amma hökumət əvvəlcə Ermənistanı erməni xalqının yaşaya biləcəyi dövlətə çevirməlidir.
«Türkiyəni həm söyək, həm də ondan yardım alaq?!»
Bu gedişlə rusların  «Ermənilərsiz Ermənistan» deyimi gerçəkləşəcək. Biz ciddi gözləntilər içərisindəykən Ermənistan ermənilərsiz qalacaq. Və gedə biləcəyimiz yeganə ölkə Türkiyə olacaq. Soyqırım bizim üçün vazkeçilməzdir, Qarabağ zəfər nərələri atdığımız vətən parçasıdır. Amma qarnımız acdır və dava etdiyimiz Türkiyənin öhdəsinə qalmışıq. Sizcə, burada bir ziddiyyət yoxdurmu? Türkiyəni həm söyək, həm də ondan yardım alaq?! Siz Türkiyənin yerində olsanız, neyləyərdiniz?
Mənim ailəm Köçəryanın, Sarkisyanın siyasi səbatsızlığı ucbatından dağıldı. Atam Moskvadadır. Anam evdə ağlayır. Qardaşım İstanbulda ucuz işçi qüvvəsidir. Bacımın Dubayda nə işlə məşğul olduğu məlum deyil. Mən Yerevanda pərişan haldayam. Budur yaşanmalı Ermənistan? Artıq 24 aprelin kimliyimizin bir parçası olmasından narahatam. Mən insan kimi yaşamaq istəyirəm.
«Türkiyədən torpaq və təzminat əvəzinə, çörək gözləmək…»
Qarabağın gözətçisi olmaqdan yorulmuşuq. Qoy, Qarabağı artıq Rusiya gözləsin. Bölünmüş ailəmi istəmək cinayətdirsə, mən cinayətkaram. 24 aprel istismarı bitsin artıq. Ölülərimizi basdıraq, yasımıza son verək. Türkiyədən torpaq və təzminat əvəzinə, çörək gözləmək durumuna düşmək necə də həzin  sonluqdur».
Gültəkin
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Corab tayı

Next Post

Bu küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Bu küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu ölkədən qaçmaq lazımdır deyənlərə…

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.