Mülki şəxslərin Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində ölməsi barədə Ermənistan mətbuatında yayılmış məlumatlar həqiqəti əks etdirmir. Bu barədə armpaper.com saytı məlumat yayıb. Saytın məlumatında bildirilir ki, Azərbyacan postunun sıradan çıxarılması haqqında Ermənistan mətbuatında yayılan məlumat da həqiqətə uyğun deyil. Əksinə baş verən döyüş nəticəsində erməni tərəfi itki verib. Sayt yazır ki, həmişəki kimi hakimiyyətimiz itkiləri gizlədir. Sayt qeyd edir ki, Sarkisyanın qurduğu kriminal rejimin siyasi böhranı belə yalanları ortaya atmağı şərtləndirir. Eyni zamanda bu yolla erməni silahlı qüvvələrinin dinc sakinləri atəşə tutması məsələsi ört-basdır edilir.





