"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Erməni Tetrisi: Britaniya vətəndaşı Ermənistan prezidenti oldu – VİDEO

02 Mart 2018 - 15:48
in DÜNYA
Erməni Tetrisi: Britaniya vətəndaşı Ermənistan prezidenti oldu - VİDEO
Bu gün Ermənistanda prezident seçkiləri keçirilir. Ölkə tarixində ilk dəfə olaraq dövlət başçısı ümumxalq seçkisi ilə yox, parlamentdəki səsvermə ilə seçilib.

Ermənistan prezidenti gizli səsvermə ilə seçilib.
Bu “seçki”lərə tragikomizm elementi qatan məqam isə seçkilərə namizədlərin yox, namizədin “qatılması” idi.
Həmin namizəd Ermənistanın Britaniyadakı səfiri, 65 yaşlı Armen Sarkisyan idi.
A.Sarkisyan ölkənin indiki dövlət başçısı Serj Sarkisyanın kreaturası olduğundan və iqtidardakı Ermənistan Respublika Partiyası tərəfindən irəli sürüldüyündən, habelə ölkənin aparıcı partiyaları tərəfindən dəstəkləndiyindən onun seçiləcəyi zərrə qədər şübhə doğurmurdu.
1996-cı ilin noyabrın 8-dən 1997-ci ilin fevralın 28-dək Ermənistanın baş naziri olmuş Aram Vardanoviç Sarkisyanın Britaniya vətəndaşı olması da “erməni seçkisi”nin məqamlarından biridir.
Ölkə Konstitusiyasına edilən dəyişikliklər və əlavələrdən sonra yeni qaydalar əsasında keçirilən “seçki”lər Serj Sarkisyanın başladığı “Konstitusiya islahatları”na son qoyacaq və Ermənistan prezident respublikasından parlament üsul-idarəli ölkəyə çevriləcək.
Real hakimiyyət yeni “seçilən” Aram Sarkisyanda yox, baş nazir olacaq Serj Sarkisyanda olacaq.
Konstitusiyaya edilən dəyişikliklərə görə, prezident səlahiyyətlərinin müddəti 5 ildən 7 ilədək artırılıb. Bu vəzifəni, sadəcə, bir dəfə icra etmək olar.
Aram Sarkisyan Ermənistan dövlət müstəqilliyi qazanandan bəri ölkənin 4-cü prezidenti oldu.
Britaniya vətəndaşı “Tetris” Sarkisyan
64 yaşlı Aram Vardanoviç Sarkisyan artıq 20 ildir ki, Ermənistanda yaşamır.
Onu özü belə deyib: “Mən qayıtmaq üçün getməmişdim”. Əslinə baxanda, zahirən hər şey normal təsir bağışlaya bilər.
Səfirlik binası səfirin təmsil etdiyi ölkənin ərazisi sayılır. Yəni Aram Sarkisyan da Ermənistan səfiri olduğundan, Ermənistan vətəndaşı sayılır.
Amma, sadəcə, ilk baxışdan, kağız üzərində.
2002-ci ildə Britaniyanın Uels bölgəsində 4/451/865 saylı qeydiyyat sənədi ilə rəsmi qeydiyyata alınmış Eurasia House International” fondunun təsisçisi və baş direktoru olan Aram Vardanoviç Sarkisyan Britaniya DİN-dəki sənədlərə görə, 2014-cü ilədək Britaniya vətəndaşı olub.
Halbuki, Ermənistanın mövcud qanunvericiliyinə görə, dövlət başçısı postuna iddialı və ya namizəd şəxs son 6 ildə yalnız Ermənistan ərazisində yaşamalıdır.
“Eurasia House International” fondunun özü 2015-ci ilədək fəaliyyət göstərib və bütün sənədləri məhz Aram Sarkisyan imzalayıb.
2011-1014-cü illərdə onun bütün sənədlərində yaşayış yeri kimi Britaniya, “vətəndaşlıq” qrafasında isə “Britaniya vətəndaşı” göstərilib.
Beləliklə, 2015-ci ilədək Ermənistan və Britaniya vətəndaşı olan Aram Sarkisyan elə Ermənistan qanunlarına görə, heç bir halda (!) ölkə prezidenti seçilməməli idi.
Amma Ermənistanda prezident Serj Sarkisyan istəyəndən sonra qanunların tələbləri unudulur. Daha doğrusu, zərurət duyanda İrəvandakı hakimiyyət qanunlara tüpürmək belə, istəmir.
“Çıxış” müxalif blokudan olan deputat, müxalifətdən prezidentliyə namizəd sayılan Artak Zeynalyan parlamentdə çıxış edərək Aram Sarkisyanın Britaniya vətəndaşı olub-olmadığını soruşub.
Ermənistanın yeni “prezident”inin cavabı çox maraqlı olub: “2000-ci ildə Ermənistanın Britaniyadakı səfiri təyin olunanda daimi yaşam izni və vətəndaşlıq almaq üçün Londonda rəsmi qurumlara müraciət etdim. O zaman yüksək dövlət vəzifələri barədə düşünmürdüm. Hesab edirdim ki, həyatım tam başqa məcrada keçəcək. İki il sonra, 2002-ci ildə Britaniya vətəndaşlığı aldım. Lakin bütün bu illər ərzində özümü Ermənistan vətəndaşı saymışam. O ki qaldı ikiqat vətəndaşlıq məsələsinə, indi belə vətəndaşlıqdan imtina mexanizmi yoxdur. İndi Ermənistanın bir çox vətəndaşı ikili vətəndaşlığa malikdir. Lakin mən 2011-ci ilin dekabrından bəri, sadəcə, Ermənistan vətəndaşıyam. Britaniya qanunvericiliyi mahiyyət etibarilə presedentlidir və mənim kimi ikili vətəndaşlığı olanlar çoxdur. Bir daha təkrar edirəm: 2011-ci ilin dekabrın 2-dən bəri, Ermənistan Konstitusiyanın dəyişəcəyini və burada prezidentliyə namizəd qismində dayanacağını ağlıma belə, gətirmədiyim vaxtdan bəri yalnız Ermənistan vətəndaşıyam”.
Fəqət, dünyaca məşhur “Tetris” oyununun satışı ilə məşğul olan “Tetris-Wordtris” şirkətinin yaradıcılarndan olan Aram Sarkisyan romantik, bəlağətli çıxışına rəğmən, hazırda Britaniya vətəndaşı olmaması barədə sənəd təqdim edə bilməyib.
Rəsmi sənədlərə görə, onun İrəvanda 3 malikanəsi və 2 mənzili, habelə 5,7 milyon avroluq varidatı var. //Milli.az

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Yanğın zamanı 200 nəfər vaxtında təxliyə edilib” – RƏSMİ

Next Post

Prezident yanğınla bağlı tapşırıqlar verdi

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Prezident yanğınla bağlı tapşırıqlar verdi

Prezident yanğınla bağlı tapşırıqlar verdi

Baş redaktor Bakıda faciəvi şəkildə öldü

Baş redaktor Bakıda faciəvi şəkildə öldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.