"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Erməni yazarlar təəccüblənir – “Azərbaycan niyə hücuma keçmir “

06 Avqust 2016 - 23:17
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 “Belə çıxır ki, İlham Əliyevə zəif Sərkisyan lazım deyil…”


Aprel döyüşlərindən sonra Sərkisyan rejiminin kabus dolu günləri başlayıb. Erməni cəmiyyətinin hər kəsimindən Ermənistan prezidentinin ünvanına tənqiddən tutmuş, şəxsi təhqirə qədər varan sədaların səsi kəsilmir.
Görünən odur ki, Sərkisyan yaxın çevrəsindən başqa hər kəsi özündən narazı sala bilib.
Erməni analitikləri Sərkisyanın xarici iqtisadi sahədə apardığı siyasətin də iflasa uğradığını bildirirlər. Mətbuat İranın ticarət və sənaye nazirinin Azərbaycana gələrək  İran-Azərbaycan avtomobil zavodunun açılışını etməsini Sərkisyanın Avrasiya İqtsadi təşkilatı ilə bağlı yürütdüyü siyasətin iflasa uğramasının göstəricisi olduğunu yazır.
“İran unudur ki, 170 milyonluq Avrasiya bazarının açarı Azərbaycan yox, Ermənistandır”, deyə Akop Badalyan bir erməni saytında  yazır: “Daha ciddi ifadə etsək İran-Azərbaycan zavodu Ermənistanın, İranla Avrasiya arasında körpü rolu oynamağa hazır olması ilə bağlı verdiyi bəyanata ən “yaxşı” cavabdır”,  deyə yazar məqaləsində bildirir.
Akop Badalyan
Erməni analitikin fikrincə İrəvanın Ermənistanı regionda körpü rolunda təqdim etməklə bağlı niyyəti, Ermənistana sərmayə qoyulması ilə bağlı marağın hər saat azalması ucbatından heçə enir. “Görünən odur ki, İran Ermənistanda yox, Azərbaycanda zavod açır, Ermənistan isə Avrasiya çemodanını əlində yellətməkdə davam edir”, deyə,  yazıda bildirilir.
“Emərnistanın Avrasiya İqtisadi Birliyində heç bir perspektivi yoxdur. Daha çox mavzoleyi xatırladan bu qurum Emrənistanın dövlət sisteminin transformasiyasına maneçilik törədir…İran üzərində sanksiyalar götürüldükdən sonra ABŞ və Avropa Bilriyi Ermənistan-İran ittifaqına maraq göstərə bilər. Ona görə də Avrasiya ittifaqı üçün Emrənistanın əhəmiyyəti əyalət dalanından başqa bir şey deyil. Rusiya isə İranla yalnız Azərbaycan vasitəsilə körpü qurur. Lakin Ermənistan hələ də Avrasiya qıfılını açmaq istəmir…” , deyə Akop Badalyanın məqaləsində göstərilir.
Ermənistanda Qarabağ münaqişəsi ilə bağlı danışqlarda hər hansı güzəştə gedilməsi məsələsi milli  xəyanət kimi qəbul olunur. Ermənilər Sərkisyanın Qarabağda birtərəfli güzəştlərin olmayacağı barədə bəyanatına da bu nöqteyi nəzərdən baxırlar.
“Belə çıxır ki, Sərkisyan artıq güzəştlərə hazırdı, indi eyni şeyi İlham Əliyevdən gözləyir”, deyə Naira Ayruman lragir – də yazır.
Naira Ayrumyan
Bu vaxta qədər Rusiyanı və Putini ağla gələcək və gəlməyəcək bütün pis ifadələrlə bəzəyən erməni analitiklərinin ümidi yenə də “böyük qardaş”adır. “Putin Azərtaca müsahibəsində yalnız Sərkisyanı deyil, ilham Əliyevi də güzəştlərə çağıracağının işarəsini  verdi”, deyə məqalədə göstərilib.
Erməni analitiki bu güzəştlərin içində Dağlıq Qarabağın öz müqəddəratını həll etməsi prinsipinin yer tapacağına da da ümid bəsləndiyi yazır..
Bu mənada Ermənistanın dövlət rəsmilərinin həyasızlığını da başa düşmək olar. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan da Ermənistanın Azərbaycan tərəfdən digər güzəştləri gözlədiyini bildirib.
Şavarş Köçəryan
Şavarş Köçəryan apreldə Azərbaycan ordusu tərəfindən azad olunan 800 hektarlıq ərazinin, habelə Şaumyanın (Başkənd-red.) geri verilməsini tələb etdiklərini bildirib
“Bu məsələ hansı ciddiyətlə müzakirə olunur onu demək çətindir”, deyə Ayrumyan istehzasını gizlətmir.
Məsələ ilə bağlı Sərkisyanın arxası hesab edilən, qondarma separatçı qurumdan da Sərkisyana tənqidlərin ardı-arası kəsilmir..
Bu mənada Qondarma “Dağlıq Qarabağ Respublikası” nın keçmiş “xarici işlər naziri” Arman Məlikyan Ermənistanın “Aravot “qəzetinə müsahibəsində sərf etdiyi sözlər maraq doğurur.
Müsahibədə Məlikyan “Azərbaycanın İrəvanda 17 iyuldan bəri davam edən siyasi böhrandan yararlanıb Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başlamaması çox təəccüblüdür. Əliyevin hərbi ritorikası fonunda bu olduqca qeyri-təbii görünür”, deyə bildirib.
Arman Məlikyan
Yəqin ki , Azərbaycan rəhbərliyi başa düşür ki, apreldəki hərbi əməliyyatların bərpası rəsmi Bakının öncə Vyana, daha sonra Sankt-Peterburq görüşlərində əldə etdiyi nailiyyətləri heçə endirə bilər. İlham Əliyevin qısa bir zamanda heç bir savaş olmadan Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirmək barədə müəyyən əsasları vardır. Bu məsələdə isə Serj Sərkisyan ən əlverişli adam kimi qəbul olunur”.
“Daha doğrusu indiki vaxtda Serj Sərkisyanın mövqelərinin zəiflədilməsi rəsmi Bakının planlarına daxil deyil”,- deyə Arman Məlikyan bildirib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cüdoçumuz Olimpiadanın yarımfinalına yüksəldi – Yenilənib

Next Post

İmmuniteti gücləndirməyin ən qısa yolu tapıldı – 15 saniyəyə EFFEKTLİ MÜALİCƏ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İmmuniteti gücləndirməyin ən qısa yolu tapıldı - 15 saniyəyə EFFEKTLİ MÜALİCƏ

Qiyamda ölənlərin ailələrinə 240 min pul veriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.