"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ermənilərə deyirəm ki, Rusiya əmr etsə…” – Zərdüşt Əlizadədən sərt AÇIQLAMALAR

20 İyul 2016 - 07:59
in XƏBƏR LENTİ

 

“Erməni əsatiri real həyata toqquşanda xalqı incidir. Xalq şirin nağıllara inanır. Məsələn, böyük, qədim, nəhəng, dənizdən-dənizə Ermənistan var və bunun bərpası erməni xalqının bir nömrəli vəzifəsidir. Yəni, qarşınıza elə bir vəzifə qoyublar ki, onu həyata keçirmək mümkün deyil. Ona görə başları dəyir, qolları-qıçları sınır, iqtisadiyyatları dağılır, əhali ölkədən qaçır. Bu nağıllardan biri də odur ki, bunlar Azərbaycanla müharibədə qədim erməni torpağını azad edib, böyük bir zəfər çalıb, qalib gəliblər. Hərçənd ki, bu, qələbə deyil. Mən onlara yazıram ki, a kişi, bu qələbə deyil ee… Bu, rus imperiyasının oyunu idi. Siz də bu oyunda adi piyadalar idiniz. Sizdən istifadə edirlər. Sizin qələbəniz yox idi və ola da bilməzdi. Sizin qələbəniz və bizim məğlubiyyətimiz Rusiyanın planları idi. Məqsəd bölgəni nəzarətdə saxlamaqdır”. 
Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Zərdüşt Əlizadə deyib.
Ermənistanda yaşanan son hadisələri şərh edən ekspert qeyd edib ki, münaqişənin saxlanılmasında məqsəd bizi qarmağa keçirib Kremlin divarından asmaqdır: “Bunu deyirəm, onlara çatmır. Onlar deyirlər, yox, biz qan tökdük, qəhrəmancasına vuruşduq və sair. İndi siyasi danışıqlarda hansısa kompromis, güzəştli sülh məsələsi ortaya gəlir. Təbii ki, məqsəd münaqişəni həll etmək üçün yox, onun formatını dəyişib yenə münaqişəni və bölgəni Rusiyanın nəzarətində saxlamaqdır. Amma format dəyişdirilir. Orda söhbət gedir ki, işğal edilmiş torpaqların bir hissəsi qaytarılmalıdır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

O dövrdə döyüşmüş adamlar isterikaya düşərək “biz qan tökmüşük, qədim, müqəddəs erməni torpaqlarını azad etmişik və biz onu heç vaxt Azərbaycana verməməliyik” deyirlər. Buna görə də həmin adamlar gəlib İrəvanda polis idarəsinin binasını tutublar və qışqırırlar ki, bir addım da geri olmaz. Arxada müqəddəs Ermənistandır və Azərbaycana heç bir torpaq qaytarmaq lazım deyil. Daha onlar başa düşmürlər ki, rus ağaları əmr etsə, qaytararsız, hələ o tərəfə də keçərsiz. Buna etiraz etmək üçün gəlib polis idarəsini tutublar. Bir nəfəri öldürüb, neçəsini yaralayıblar.

 

İndi də özləri çıxılmaz vəziyyətdədirlər. Ermənistan hakimiyyəti də geri çəkilə, ağasının sözündən çıxa bilməz. Rusiya desə ki, qaytar qaytarmalı, qaytarma desə qaytarmamalıdır. Yəni, vəziyyət belədir. Ermənistandakı hadisələr əsatirlə həyat arasındakı ziddiyyətin təzahürüdür. Bu hərəkatın arxasında heç bir xarici qüvvə, heç bir böyük ictimai qüvvə, xalq dayağı yoxdur. Bir dəstə siyasi romantikin əl atdığı bir metoddur. Jirayr Səfilyanın döyüş dostları əllərinə silah götürüblər və onu müdafiə edirlər”.
Z.Əlizadə qeyd edib ki, Rusiya əmr etsə, Ermənistan kompromisə gedəcək, əmr etməsə getməyəcək: “Ermənistan kimdir?! Özünün siyasi iradəsi, siyasi xətti var?! Oyuncaq dövlətdir. Rusiya çalır, onlar da oynayır, hoppanıb düşürlər. Onların özlərinin siyasi iradəsi yoxdur. Onlar özləri üçün elə bir paradiqma, elə bir mövcudluq çərçivəsi seçiblər ki, o çərçivədə olanda onların dövlətçiliyi sıfıra bərabərdir, liderləri də oğrular, quldurlar və xarici agenturadır. Özləri bunu könüllü seçiblər. Bu paradiqmada da yaşayırlar. Həm də bunu görürlər və qışqırırlar ki, “yox, biz dəyişməliyik, biz burdan çıxmalıyıq”. Çıxmaq üçün gərək Qarabağ xülyasını başınızdan çıxarasız. Ondan sonra çıxa bilərsiz.

 

Amma Qarabağ qarmağı sizi həmin o paradiqmada saxlayır. Sizin prezidentləriniz də mütləq oğru Robert, oğru Serjik olmalıdır. Başqası gəlsə, o da oğru olacaq. Sizin siyasətşünaslarınız və deputatlarınız oğru olacaq. Bunu başa düşmürlər. Bu, təkcə onlara aid deyil, bu başqa ölkələrə də aiddir. Rusiyaya da aiddir. Bunlar özləri üçün elə bir paradiqma seçiblər ki, orada səmərəli dövlət quruluşu, vətəndaş cəmiyyəti, konstitusiyanın aliliyi mümkün deyil. Yalnız fırıldaq, oğurluq, zorakılıq, hiylə olmalıdır”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvanda qarşıdurma: 4 polis yaralandı (CANLI YAYIM-YENİLƏNİB)

Next Post

Vaşinqton İrəvandakı hadisələri pislədi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Vaşinqton İrəvandakı hadisələri pislədi

Yanan binadakı naməlum 16-cı meyit: `Binanı o yandırıb`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.