"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin

21 Aprel 2017 - 10:18
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin

24 aprel yaxınlaşır. Hər il olduğu kimi, minlərlə erməni İrəvandan Sərdarabada yol alaraq Türkiyə və Azərbaycan bayraqlanı yandıraraq  qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcəklər. Yanlarına da xarici ölkələrdən gələn insanları alacaqlar . Və dünyaya bu yalanı anlatmağa çalışacaqlar ki, 24 aprel 1915-də ermənilər Osmanlı dövləti tərəfindən qətl edilib. Artıq bu, ənənədir. Erməni ideolojisi bunun üstündə qurulub. Bu olmasa, ermənilərin özlərini dünyaya təqdim edəcək heç nəyi yoxdur. “Erməni məsələsi”, “24 aprel”  xaricdəki ermənilərin də fəaliyyətlərini davam etdirmələri üçün bir legitimlik vasitəsidir, eyni zamanda, Ermənistan dövlətinin xarici siyasətini qurmaq, yürütmək maşınıdır. Ona görə də bu təxribatdan möhkəm yapışıblar.

 

Bir soruşan yoxdur ki, axı 1915-in 24 aprelində nə olmuşdu ki, bu erməni xalqı həmin gün belə ağalayıb-sıtqayır, şüvən salırlar? Həmin gün qiyamçı 234 erməni komitə üzvünün həbs edildiyi tarixdir. 24 aprel həbslərindən öncə  Osmanlı hökuməti ermənilərin üsyanı və törətdikləri qətliamlar qarşılığında, erməni patriki, millət vəkilləri və xalqın nümayəndələrinə “Ermənilərin müsəlmanlara arxadan zərbə vurmağa, qətllər törətməyə davam edəcəkləri halda zəruri tədbirlər görüləcəyi” xəbərdarlığını vermişdi. Xəbərdarlıq edilməsinə baxmayaraq, ermənilər sakitləşmək əvəzinə müdafiəsiz qalan türk qadın və uşaqlarına qarşı hücüma keçdilər. Ordu bir çox cəbhədə müharibə apardığı üçün arxa cəbhənin təhlükəsizliyinin təmin olunmasına ehtiyac yaranmışdı. Bu səbəbdən, 24 aprel 1915-ci il tarixində erməni komitələri bağlandı. Onlara rəhbərlik edənlərdən 234 nəfəri dövlət əleyhinə fəaliyyət göstərdiklərinə görə həbs edildi. Həbs edilənlər Ankara və Çankırı dustaqxanasına göndərildi. Bu qədər!

 

 

Sonradan o adamlar həbsdən azad edildilər. Bir çoxları erməni hərbi birləşmələrinə daxil olub terrorçuluq fəaliyyətlərini davam etdirdilər, bir çoxları məhz 1915-də deyil, bu hadisədən on illər sonra öz əcəlləri ilə öldülər. Ermənilər onların öz əcəli ilə ölməsini belə türklərin günahı sayır. Məsələn, məşhur erməni bəstəkarı Komitas. Həbs edilib sürgün olunanlar arasında o da var idi. Komitas  1935-ci ildə ölüb. Ömrünün sonlarınada ağlını itirib, yəni dəli olub. Erməni tezinə baxın: “1915-də Komitas həbs edilməsəydi, 1935-də Parisdə dəli kimi ölməzdi…” Məncə şərhə gərək yoxdur.

 

“Erməni məsələsi” ilə məşğul olan bir şəxs kimi istənilən erməniyə sübut edərəm ki, bu iddia tamamilə yalandır.  Ermənilər Birinci Dünya Müharibəsi illərində, əlbəttə, ölüblər, öldürülüblər. Amma bu dövlət tərəfində edilən bir qərar əsasında olmayıb.  Ermənilərin müharibənin ilk illərində törətdikləri isə  əsl soy­qı­rı­mı idi.

 

9 dekabr 1948-ci ildə “Soyqırımı cinayətinin qar­şı­sı­nın alınması və cəzalandırılmasına dair” BMT Kon­ven­si­ya­sın­da de­yilir ki, millətçi, irqçi, dinçi bir qrupun digər bir qrupu küt­ləvi şə­kildə öldürməsi, bu qrupun nümayəndələrinə fiziki və mə­nəvi cə­hətdən ağır zərbələr endirməsi, həmin qrupun yaşa­masını fi­zi­ki cəhətdən mümkünsüz etməsi, on­la­rın uşaqlara ma­lik olmasını ən­gəlləməsi, onun uşaqlarını sax­la­masını başqa bir qrupa ver­mək soyqırımı cinayəti hesab olunur. Türk-mü­səl­man əhali ona görə fiziki cəhətdən məhv edi­lirdi ki, onlar türk idilər, etnik cə­hət­dən fərqli bir təbəqə idilər. Osmanlı dö­v­lə­ti­nin erməniləri bir ərazidən digər əraziyə kö­çür­məsi heç bir za­man soyqırımı ci­na­yə­ti hesab oluna bil­məz. Ona görə ki, 27 may 1915-ci ildə döv­lət köçürmə prose­si­n­i həyata keçirmə qərarını alarkən belə bir açıq­lama ver­miş­di: “Ermənilər haqqında hö­kumət tərəfindən alınan tədbirlər sırf məmləkətin asayiş-in­zibatını təmin və mü­ha­fizə məc­buriy­yətinə müstəniddir. Er­məni ünsürünə qarşı im­ha­kat bir si­yasət takib etmədiyi indilik tə­rəfsiz bir vəziyyətdə qal­dıqları gö­rünən katolik və protestantlara toxunmamış olmasını gös­­tər­mək­dədir”. Bütün ermənilər köçürməyə məruz qal­ma­­mışlar. Bu, ona görə soyqırımı hesab oluna bilməz ki, ermə­­nilər bir yerdən digər bəlli bir Osmanlı coğrafiyasına kö­çü­rülmüşlər. Səbəb isə onların özlərinə də aydın olub. Onlar son onilliklərdə Osmanlı dövlətinə düşmənçilik və Os­man­­lıya qarşı düşmən olanlara, onunla müharibə edən dövlətlərə yardımlar etmişdilər. Köçürülməyə məruz qalanlara 15 gün vaxt verilib, onların bütün ehtiyacları dövlət tərəfindən ödən­ilib. Köçür­mə bütün ermənilərə şamil edilməyib. Şə­hər və qəsəbələrdə yaşayanlar, xəstələr, yetimlər, katolik və protestant ermənilər köçürülməyiblər. Ermənilər köçdükləri yerlərdə dövlət tərəfin­dən evlərlə, təzminatla təmin olunub, yerləşdikləri yerlərin kənd təsərrüfatına yararlı olması təmin edilib, bütün problem­lərinə dövlət tərəfindən dərhal reak­si­ya verilmib. Köçkün­lə­rin kimsəsiz uşaqları və yetimlər ye­tim­xanalarda və bəzi varlı in­sanların ailələrində yerləşdirilib, 1919-cu ildə qayıdış icazəsi verilərkən onlar öz yaxın qo­hum­la­rı­na verilib. Yer­li xalqın ermənilərə hücumunun qar­şı­sı­nı almaq üçün on­ların jan­darm tərəfin­dən qorunması təmin edilib. Mü­səl­manlığı qəbul etmiş ermənilərə mü­ha­ri­bə­dən sonra çıxarılan bir qanun­la keçmiş yerlərinə qa­yıt­ma­­la­rı­na şərait yaradılıb. Köçü­rü­lən­lərə başda ABŞ olmaqla müx­təlif dövlətlərin yardım ar­zu­ları anlayışla qarşılanıb. Suriyadakı ermənilərə belə yar­dım­lar edilib. Dövlət tərə­fin­dən müharibədən sonra çı­xarılan “geri dönüş qanunu” ilə bu köçkünlərin öz evlərinə qa­yıt­maları təmin edilib. O za­man Erməni Katolikosluğu mə­lumat vermişdi ki, 644.900 er­məni geri dönüb.

Su­riya­dan öz keçmiş yerinə dönmək is­tə­məyən 500 min erməninin var­­lığı barədə də dövrün mət­buatın­da məlumatlar var. Əgər türk­lər “soyqırımı” et­mişdi­sə, bu qədər erməniyə həm özü, həm də başqa döv­lət­lər yar­dım edərdimi? Bizim araşdırmalarımıza görə isə, ermənilərin sayı 1914-cü ildə 1 milyondan artıq olmayıb. Müharibə başlayar-başlamaz bir çox erməni ailələri ölkəni tərk etmişdilər. 1919-cu ildə isə xarici tədqiqatçılar bu rəqəmlərin müəy­yən qə­dər azaldığını göstərmişlər. Çünki Osmanlı dövləti bir neçə vi­­layəti, o cümlədən ermənilərin köçürüldüyü Suriyanı ar­tıq itir­miş­­di, müharibə nəticəsində ermənilər ölkəni tərk edib ABŞ-a və digər ölkələrə yerləşmiş, həmin ölkələrdə art­mış­dılar.

 

 

“Soyqırımı olmuşdur” iddiasında olanların nəzərinə onu da çat­dırmaq lazımdır ki, bu dediklərimizin hamısı tarixi sə­nəd­lər­lə təsbit edilib. 1915-ci ildən etibarən öldürülənlərin sa­­yının 600 mindən 1,5 milyona çatdırılması özü əslində bir saxtakarlıq nümunəsidir. O saxtakarlıqlardan tək-tək danışmaq mümkündür.  Osmanlı dövlətində yaşayan er­mə­ni­lər o qədər deyildi ki, onun 1,5 milyonu öldürülsün. Türk Ta­rix Qu­ru­munun keçmiş başqanı professor Yusuf Halacoğlunun apar­dı­­ğı tədqiqatlar onu ortaya çıxarıb ki, ermənilərin sayı ilə öldürülməsi iddia olunan rəqəmlər arasında çox bö­yük uy­ğun­suz­­luq var. Erməni Katolikosluğunun məlumatı be­lə idi ki, öl­kədə 1 milyon 915 min erməni yaşayır. Əgər onun 1,5 mil­yo­nu öldürülübsə, demək, ölkədə cəmi-cümlətanı 400 min erməni qal­malı idi. Tarixi mənbələrə görə 1919-cu ildə (özü də erməni mənbələrində) 644.900 nəfər erməni geri dönüb, onlar hələ Suriyada ikən yardım aldıqları barədə sə­nəd­lərə imza atıblar. Bunlar 486 min nəfərdir.  Tarixi sənədlər, dəlil sübutlar istənilən qədərdir.  Milliyətcə ərəb olan urfalı araşdırmaçı dostum Halil Özşavlı ermənilərin köçürüldükləri bölgələrdən köçləri ilə bağlı sənədləri ortaya qoydu. Bu qiymətli araşdırmada o, ermənilərin hansı nəqliyyat vasitəsi ilə, hansı ölkəyə, nə zaman, hansı yüklə getdikləri haqqında bəlgələri yayımladı…

Hələ mən arxivlərdən çıxarılıb çap edilmiş minlərcə sənədləri demirəm.

Fransanın görkəmli tarixçisi Bernar Lenis ermənilərlə bağlı “Le Mond” qəzetində yazır ki, I Dünya mü­ha­ri­bəsi dövründə baş verən hadisələr soyqırımı sayıla bilməz, ölüm olaylarının soyqırımı kimi qələmə verilməsi sadəcə olaraq bir erməni ya­la­nı­dır. Terrora məruz qalmış “İttihad və Tə­rəqqi” li­der­lə­ri­nin xa­tirə və qeydləri ermənilərə mü­na­si­bət­lə­rinə diq­qət edək. Ca­mal paşa qətl edilərkən onun ci­bin­dən oğ­lu Beh­cət Camal bəyə yaz­dığı məktub çıxmışdı: “Sıra mənd­ə, oğlum. Tələt, Səid Ha­lim paşalarla, digər mağdur və məz­lum arka­daş­larımdan sonra məni də öldürəcəklər. Ci­nayə­tin səbəbi məndən qabaq öldü­rü­lən­lərə edilən ittihamlardır. Bu cina­yətin qarşısını almaq bizim üçün imkansızdır”. Daha sonra Camal paşa ermənilərə qarşı han­sı münasibətdə ol­du­ğu­nu qeyd edir: “Mənim ermənilərə nə qə­dər yaxşı dav­ran­dı­ğı­mı hər kəsdən yaxşı bugünkü erməni katolikosu Zaven əfəndi bilir. 1915-ci ilin dekabr ayında İs­tan­bula getdiyim zaman o Pe­ra Palas otelinə məni ziyarətə gəl­miş­di. O bütün er­mə­ni­lə­­rin adından mənə təqdirlə təşəkkür etdi”.

 

Əslində, ermənilər həmin müharibədə sağ qaldıqlarına görə türklərə minnətdar olmalıdırlar. Osmanlı dövləti başının savaşa qarışmasına baxmayaraq, bu qədər  mülki əhalini savaş bölgəsindən çıxarıb. Bu,  27 may 1915 “Sevk və iskan” adı ilə tarixə düşən  qanunla, əslində,  onlar xilas edilib.

 

 

…Ermənilərə bir təklifim var. Bilirəm “24 aprel”i artıq simgə, simvol , bir ideoloji vasitə maşını halına gətiriblər, hələlik ondan imtina edə bilməzlər.  Amma 27 may 1915-i bayram günü, xilas günü  elan edə bilərlər. Bu, mənim həqiqi sözümdür.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Yanan bina işi”ndə sensasion gəlişmə- iş niyə geri qaytarıldı?

Next Post

Azərbaycanda eşşək pendiri satılır — Qiymətinə təəccüblənəcəksiz

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Azərbaycanda eşşək pendiri satılır — Qiymətinə təəccüblənəcəksiz

Bəxtiyar Vahabzadənin oğlu prokurorluqdan xaric edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.