"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənilər Bayerə qarşı: `ABŞ bizi alçaldıb`

19 Dekabr 2015 - 16:17
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Birləşmiş Ştatların ATƏT-dəki səfiri Daniel Bayer Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdiyi dəstəyə haqq qazandırıb. Bu, Ermənistanda böyük narazılığa səbəb olub.

Amerika Birləşmiş Ştatlarının ATƏT-dəki səfiri Daniel Bayer dekabrın 16 da təşkilatın daimi şurasında çıxışı zamanı Türkiyənin Minsk qrupunun üzvü kimi fəaliyyətini yüksək qiymətləndirib.

”Biz Türkiyənin Minsk qrupunun üzvü kimi konstruktivliyinə şübhə ilə yanaşanları qınayırıq və bu barədə səsləndirilən bəyanatlarla razı deyilik. Türkiyə Minsk Qrupunun dəyərli üzvüdür və aparılan sülh danışıqlarında irəliləyişlər əldə olunması istiqamətində həmsədrlərlə birgə fəaliyyət göstərib,” -deyə Bayer, Türkiyəni müdafiə məqsədilə bildirib.

Qeyd edək ki, dekabrın 14-də Rusiyanın ATƏT-dəki səfiri Aleksandr Lukaşeviç, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana qeyd-şərtsiz dəstək göstərməsinə etirazını bildirib və Ankaranın Qarabağ danışıqlarında rolunun “dağıdıcı” olduğunu deyib.

`Hər kəsə məlumdur ki, əsas yük ATƏT-in Minsk Qrupunun digər üzvləri kimi həmsədr ölkələrin – Rusiya, Fransa və ABŞ-ın üzərindədir. Yeri gəlmişkən Türkiyə də qurumun üzvüdür. Lakin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində əsas rol yenə də, üç həmsədrin adı ilə bağlıdır…”

“…Odur ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərdən birini dəstəkləmək cəhdi olduqca zərərli və qəbuledilməz addımdır,” – deyə rusiya səfiri bildirib.

Amerika səfirinin səsləndiridiyi qəti bəyanatla Türkiyəni Rusiyaya qarşı qoruması və dolayı yolla Dağlıq Qarabağ münaqişəsində Türkiyənin Azərbaycanı dəstəkləməsində bir qəbahət görməməsi erməniləri özündən çıxarıb.

Bayerin həm Ermənistanda, həm də elə ABŞ-ın özündə böyük səs-küyə səbəb olan bu bəyanatına qarşı erməni mətbuatında və sosial şəbəkələrdə “ermənilərin etiraz aksiyası” başlayıb.

Amerika Erməni Milli Komitəsinin əməkdaşı Aram Hamparyan tvitter hesabında yazıb:

“Ərdoğanın Azərbaycanın lehinə çıxışlarına, Ermənistana qarşı qərəzinə, lovğalanmağına baxmayaraq, Daniel Bayer Ankaranın Dağlıq Qarabağda “dəyərli” rolunu tərifləyir”.

Hamparyan, Daniel Bayerin rəsmi hesabına belə bir ismarıc da göndərib:

“Hörmətli Daniel Bayer, Türkiyənin ATƏT-in Misk Qrupunun “dəyərli” bir üzvü olduğunu demək, sadəcə olaraq düzgün deyil. Və ən pisi odur ki, Dağlıq Qarabağ sülh danışıqlarını geriyə atır”.

Hamparyanın, daha dəqiq desək, Amerika Erməni Milli Komitəsinin sədri Ken Xaçikyanın etirazı isə daha sərt olub. Asbarez.com saytında Bayeri düşüncəsiz adlandıran Xaçikyan ABŞ adminstrasiyasının Ermənistanı alçaltdığını deyib.

`Səfir Bayerin Türkiyə ilə bağlı verdiyi düşüncəsiz bəyanatdan sonra aydın olur ki, ABŞ Dövlət Departamentinin rəhbərliyi Dağlıq Qarabağda sülh prosesinin sürətləndirilməsi ilə bağlı Türkiyənin birbaşa rolunu dəstəkləyən rəsmilərə xüsusi diqqət ayırmalıdır…”

“…Ankara özünün azərbaycanpərəst qərəzini gizlətmir və saxta neytrallıq nümayiş etdirir. Bir neçə fakta nəzər salaq: Ərdoğan hökuməti Azərbaycanın şiddətli anti-Ermənistan mövqeyini açıq şəkildə dəstəkləyir, Azərbaycan ordusuna hərbi təlim keçir və bununla bərabər beynəlxalq hüquqa zidd olaraq Ermənistanı blokadaya alır, Yerevanı beynəlxalq arenadan təcrid etməyə çalışır. Türkiyənin yürütdüyü bu siyasətə dünya birliyinin biganəliyi, aqressiv və inadcıl Azərbaycan tərəfinin hücümlarının daha da güclənməsinə rəvac verdi ki, bu da təkcə 2015-ci ildə böyük itkilərlə , 43 erməni əsgərinin ölümü ilə nəticələndi,” deyə Xaçikyan ölkəsinin həm də Azərbaycan qarşısında acizliyini etiraf edib.

Xaçikyan, ABŞ-a “-nə üçün ABŞ rəsmiləri Ərdoğanın axmaqlılarına göz yumur, üstəlik ona dayaq olurlar, nə üçün Türkiyənin erməni soyqırımına qarşı qərəzli münasibətinə biganədirlər, niyə hər dəfə vicdanlarının səsini dinləməyi unudurlar- ” kimi suallar ünvanlayıb ki, buna da bir cavab var: erməni “soyqırımı” olmayıb.

Bundan başqa Xaçikyan, ABŞ-ın Ermənistan xalqını alçaltdığını deyib.

“Administrasiyanın milli dəyərlərimiz və dövlət maraqlarımızı əzib keçərək Tükiyənin Ermənistana sonsuz hədə-qorxularını dəstəkləyən biabırçı siyasəti, Ermənistan xalqının alçaldılması deməkdir… ABŞ-ın Qarabağ məsələsində Türkiyəni, dolayı yolla Azərbaycanı dəstəkləməsi yanan ocağa odun atacaq. Bu isə çox qorxuludur”.

Bir sözlə Ermənistan tərəfinin məsələyə münasibətindən belə məlum olur ki, “böyük Ermənistanı” “balaca” bir Bayer yamanca qorxudub. Ya da ki, Bayerin simasında Ermənistan elə ABŞ-ın dəstəklədiyi Türkiyə, onun da dəstəklədiyi Azərbaycandan qorxur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azərpoçt”da kütləvi ixtisar – 18 nəfər işdən çıxarıldı

Next Post

Jurnalistin ölüm işində Oqtay Şirəliyevin məktubu tapıldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Jurnalistin ölüm işində Oqtay Şirəliyevin məktubu tapıldı

Bern görüşündən sonra ermənilərin növbəti təxribatı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.