Ermənistan üç gün ərzində cəsədlərin dəyişdirilməsi prosesində 21 hərbçisinin cəsədini götürüb.
`RİA Novosti` xəbər verir ki, bu barədə Qarabağ separatçılarının nümayəndəsi David Babayan bildirib.
“Bu gün (10 aprel) bizim tərəfə 19 cəsəd, daha əvvəl isə 2 cəsəd verilib. Yəni, faktiki olaraq Azərbaycan tərəfindən 21 cəsəd almışıq”, – qondarma rejimin nümayəndəsi bildirib.




