Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə “Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası davam edir.
Virtualaz.org saytı xəbər verir ki, petisiyaya ermənilər də qoşulub. Petisiyanın məqsədi Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sərkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır.
Petisiyaya qoşulan və dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər də Sarkisyana cani kimi səs verirlər.
Xatırladaq ki, İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı planlaşdırır:




