"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənilər Ermənistandan qaçır – hava limanlarında bilet xaosu

30 Sentyabr 2017 - 15:31
in DÜNYA

Düşmən ölkə sosial-siyasi partlayış ərəfəsində; Ümidsizliyə qapılan, işsizlik problemi yaşayan əhali siyasi ömrünü daha 5 il uzatmağa hazırlaşan kriminal Sərkisyan rejimindən və müharibə xofundan qurtulmağın başqa yolunu görmür; aparıcı erməni nəşrindən ilginc faktlar: “Burada əsl bardakdır…”

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

İşğalçı Ermənistanda daxili ictimai-siyasi durum günbəgün ağırlaşmaqda davam edir. Düşmən ölkədə indi artıq təkcə övladları boş yerə Qarabağda öldürülmüş əsgər anaları deyil, tələbələr və vəkillər də, digər sosial təbəqələrin təmsilçiləri də, kəsəsi, hamı vaxtaşırı etiraz aksiyaları keçirir, etirazın bir forması kimi tez-tez aclıq aksiyalarına əl atırlar.

Ermənistandan bu yöndə gələn xəbərlər faktiki surətdə ölkənin böyük sosial-siyasi partlayış ərəfəsində olduğuna şəhadət verir. Yerli və xarici təhlilçilər də bu yöndə xəbərdarlıqlar eləməkdədirlər. Vəziyyəti qəlizləşdirən amillərdən biri isə Ermənistanı 20 ilə yaxındır “gəlmə” ermənilərin – “Qarabağ erməniləri”nin istədiyi kimi idarə eləməsidir. Təbii ki, daxili ictimai narazılığın digər köklü səbəbləri də var.

*****

Musavat.com-un məlumatına görə, bu xüsusda aparıcı erməni nəşrlərindən olan “Qraparak”ın son sayındakı redaksiya məqaləsi maraq doğurur. Nəşr ölkənin əsas çıxış qapıları olan hava limanlarındakı situasiyaya diqqət çəkərək yazır:“Ermənistanın aviabiletlər bazarında yumşaq desək, ”idarəolunan xaos”, kobud dillə isə desək, “tam bardak” hökm sürür. Hətta Gürcüstan istiqamətində ən ucuz sayılan biletlər belə, az qala hər saniyə bahalaşır. Şirkətlərin “menecerləri” axşam bir qiymət elan edirlər, səhər isə alış zamanı aydın olur ki, iki biletdən biri baha, o biri isə daha bahadır”.

Related image

Qəzetin yazdığına görə, bu payız günlərində ölkədə bilet qiymətlərinin ələlxüsus Moskva və Tiflis istiqamətlərində süni atımı “Staxanov tempi” ilə davam edir. “Qat-qat ağlamalı vəziyyət isə biletlərin qaytarılması ilə bağlı yaşanır: heç bir mexanizm mövcud deyil, sərnişin hətta uçuşa bir həftə qalmış səhhətindəki problemlə bağlı bileti geri verirsə belə, bircə dram da qaytarılmır. Bu şəkildə əsasən Rusiya aviaşirkətləri, o cümlədən ”Aeroflot” fəaliyyət göstərir – hansı ki, qiymətlərin kəllə-çarxa çıxmasında rekordçu hesab edilə bilər”, – deyə nəşr sonda əlavə edir.

*****

Əslində qəzetin yazdıqları işğalçı Ermənistanın mövcud durumu fonunda təəccüblü deyil. Hava limanlarındakı bilet ajiotajı da mövcud aclınacaqlı sosial-ictimai durumun doğurduğu məntiqi sonunclardan yalnız biridir.

Image result for Armenian fly airport

Məsələ ondadır ki, bu ilin aprelində keçirilən və ölkənin yeni dönəmə (parlamentli üsul-idarəçiliyə) keçidinin əsasını qoymuş seçkilərdə erməni xalqı ümidli idi ki, rəhbərliyə hər halda yeni, daha praqmatik siyasi qüvvələr gələcək. Məlum olduğu kimi, bu ümidlər dəfn edildi və 19 ildir Ermənistanda hakimiyyəti zəbt eləmiş “Qarabağ klanı”, Dağlıq Qarabağdakı separatçı hərəkatın “səhra komandirləri”, Xocalı hərbi caniləri hakimiyyəti əldə saxlaya bildilər – təbii ki, həm də Rusiyanın “dobrosu” ilə.

Bu da o anlama gəlir ki, Ermənistanda 19 il öncə ciddi şəkildə dərinləşməyə başlamış iqtisadi-siyasi böhran davamlı olacaq. İndi az çox ağılını itirməyən ermənilər də yaxşı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi yoluna qoyulmadan, Azərbaycan və Türkiyə ilə iqtisadi, siyasi, diplomatik, insani əlaqələr bərpa edilmədən, qısası, izolyasiya durumu aradan qalxmadan Ermənistanın inkişafı, dirçəlməsi mümkün olmayacaq. Demək, əhalinin rifahı da ilk növbədə Rusiyadan gələn pul transfertlərinə, bir də diaspordan dilənilən vəsaitlərə  bağlı qalacaq.

*****

Müharibə və blokada vəziyyəti, habelə xarici aləmə və dünya okeanına çıxışın olmaması üzündən böyük xarici sərmayələrin ölkəyə gəlişinin əngəllənməsi, iş yerlərinin yoxluğu, hakimiyyəti sarmış korrupsiya və sabaha inamsızlıq yekun etibarilə sıravi və iş qabiliyyətli vətəndaşları kütləvi şəkildə ölkədən köçə vadar edir. Hər necə olmasa, istənilən insan və ailəsi təhlükəsizlikdə, yaxşı yaşamaq istəyir. Çünki həyat insana bir dəfə verilir. Qarabağ ixtilafı isə artıq 30-cu ilinə yaxınlaşmaqdadır.  

Image result for Baku Tbilisi KArs

İşğalçı ölkənin blokadası, xarici aləmdən təcridi isə bəlli səbəblərdən ilbəil daha da güclənir. Elə bu günlərdə Baklı-Tiflis-Qars dəmiryolunun istismara hazır olması haqda gələn xoş xəbər İrəvan üçün, ermənilər üçün növbəti pis müjdə hesab edilə bilər. Çünki bu dəmiryolu Ermənistan iqtisadiyyatının “rüşeym halında” qalmasının ömrünü uzadacaq, ölkənin tranzit önəmini daha da azaldacaq, emiqrasiyanı sürətləndirəcək.

Təsadüfi deyil ki, indiki prezident Serj Sərkisyanın dönəmində daha çox erməni Ermənistanı tərk edib, nəinki eks-prezident Robert Köçəryanın dönəmində. Yerli sosioloqlar və demoqraflar isə prosesin getdikcə daha da sürətlənəcəyini proqnoz edirlər. Daha bir səbəbə görə: Serj Sərkisyan gələn ilin aprelində prezidentlikdən baş nazirliyə “transfer edib” öz hakimiyyətini davam etdirmək niyyətindədir.

Baş nazirlik uğrunda daxili siyasi savaş artıq başlayıb. Sərkisyan və klanının hakimiyyətdə daha 5 il qalması isə avtomatik şəkildə Qarabağda müharibə ehtimalının da artması deməkdir. Ölkədən kütləvi köçün yeni dalğasının bir səbəbi də bu…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kapitan: “Azərbaycan yığması səhvlərimizdən maksimum yararlandı”

Next Post

“Guya təmirə ayrılan pulları mənimsəmişik…” – “Azəravtoyol”

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

“Guya təmirə ayrılan pulları mənimsəmişik…” – “Azəravtoyol”

Anar 41 il qabaq Aşıq Ədalət haqqında nə yazmışdı?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.