"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ermənilər gəlib qarşımızda baş əyirdilər” – Ramiz Quliyev

29 Mart 2021 - 15:04
in XƏBƏR LENTİ
 “Ermənilər gəlib qarşımızda baş əyirdilər” -  Ramiz Quliyev

“Bir aydan sonra 74 yaşım tamam olacaq. Bu, həsrətdən, xəcalətdən azad olunan ilk ad günümdür”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bunu Azvision.az -a Xalq artisti Ramiz Quliyev deyib. Sevimli tarzən növbəti doğum günündə Ağdama səfər etmək istədiyini söyləyib.“Aprelin 30-u 74 yaşım tamam olacaq. Bunu 27 ilin həsrətinə son qoyan doğum günü kimi qeyd edəcəyəm. Həmişə anadan olduğum günlərdə düşünmüşəm ki, İlahi, sən qismət et, gələn ili Ağdamda keçirim. Sevinirəm ki, yeni yaşıma minnətli, gözükölgəli girməyəcəyəm. Mən Ağdama icazəsiz gedə bilmərəm. Tərbiyyəm həmişə belə olub. Dövlət səviyyəsində razılıq verərlərsə, gedib valideynlərimin məzarını ziyarət edərəm. Onları Qarahacı qəbiristanlığında dəfn etmişik. Yadımdadır ki, atam və anam mən uşaq olanda əlimdən tutub, Cümə məscidinə aparırdılar. İndi isə o məscidə həsrət qalmışam. Mən nə qədər ömür sürəcəyimi bilmirəm. Hərdən fikirləşirəm ki, Ağdamı gedib görə biləcəyəmmi? Bu, mənə qismət olacaqmı? Ömür vəfa edəcəkmi?

İndi Ağdamda bir divar salamat qalıb. O da Ağdam Dövlət Dram Teatrının bir parçasıdır. Mən 14 yaşımda həmin teatrda “Leyli və Məcnun” tamaşasını müşayiət etmişəm. Arif Babayev Məcnun, Narınc Məlikova isə Leyli rolunda oynayırdılar. Hətta Xankəndi şəhərində, Tuğ kəndində də çıxışlar edirdik. Getdiyimiz kəndlərdə yaşayan ermənilər gəlib bizim muğamımızın, Arifin, tarımın qarşısında baş əyirdilər. Ağdam mədəniyyətin, dəyanətin rəmzi idi. Deyirdilər, Ağdamda 3 gözəl mənzil var. Biri Arif Babayevin, biri Famil Mehdinin, biri də Ramiz Quliyevindir. Möhtəşəm ikimərtəbəli saray idi. O evlər, o saraylar Ağdamda canını qoyan oğullara qurban olsun”.

Xalq artisti sənət yoldaşı Arif Babayevin Ağdam səfərinə zarafatyana reaksiya verib.

“Arif Babayevin gözəl sənəti, gözəl səsi olmaqla yanaşı, yaraşığı, boy-buxunu ilə də həmişə insanları cəlb edib. Mənim Arif qədər yaraşığım, Arif qədər boy-buxunum yoxdur. Amma sənət dostumdur. Mən onunla illərlə yüksək səviyyəli tədbirlərdə olmuşam. Mənim tarımın mizrabının səsi başqa, onun oxuduğu şikəstənin səsi tamamilə başqadır, ikisi birləşəndə daha gözəl olur. Amma Arif müəllimlə bizi ayırıblar.

Sənət dostumu Ağdamda görəndə çox pis oldum. Görün qədəmləri, yerişi gözəl olan Arif Babayevi 27 illik həsrət nə günə salıb. Biz o yerlərin suların içib yaşlana bilmədik, 27 il ancaq dözdük. Mən əminəm ki, Ağdamın sayılıb-seçilən əsl sənətkarlarının adına orada muzey yaradılacaq. 75 illik yubileyimdə Ağdamın abadlığını görməyi arzulayıram”.

Bundan əlavə, tarzən qazilərimizlə də görüşdüyünü deyib.

“Mənim bir neçə tar ifaçılarım var. Döyüşlərdə yaralanıb, qazi olublar. Neçə dəfə onlarla görüşmüşəm, disklər vermişəm, onların qarşısında “Ana” mahnısını ifa etmişəm. Əsgərlərimizin analarına minnətdarlığımı ifadə etmişəm. Mən Ali Baş Komandana, hərbçilərimizə təşəkkür edirəm, şəhidlərin ruhları qarşısında baş əyirəm”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fransa fəlakətlə üz-üzə: Həkimlər həyəcan təbili çalır

Next Post

Qüdrət Həsənquliyev: Namuslu kişi başqasının ailəsinə dil uzatmaz

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Qüdrət Həsənquliyev: Namuslu kişi başqasının ailəsinə dil uzatmaz

Qüdrət Həsənquliyev: Namuslu kişi başqasının ailəsinə dil uzatmaz

Çindən Azərbaycana yenə vaksin gətiriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.