Avqustun 20-si saat 00:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Elchi.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...





