“Ermənistanda “qanuni oğrular” yığıncağının keçirilməsini bu ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü çərçivəsində birinci
vacib hadisə hesab etmək olar.”
vacib hadisə hesab etmək olar.”ANS PRESS-in məlumatına görə, bu sözlər Ermənistan mətbuatında dərc olunan “Avrasiya İttifaqına – kriminal ittifaqa xoş gəlmisiniz” başlıqlı məqalədə deyilir.
Aİİ-nin ələ salındığı yazıda bildirilir ki, Ermənistan hələ bu ittifaqın dəyərli üzvü olmağa vaxt tapmamış, bu ölkə fakt və sübutlarla əsl mahiyyətini göstərdi: “Ermənistanda cinayətkar aləmin böyük beynəlxalq yığıncağı təşkil olundu”.
Məqalədə deyilir ki, bu hal dövlətin gələcəyi üçün böyük problem yaradır: “Ermənistan paytaxtı belə cinayətkar yığıncaqlara ev sahibliyi edirsə, demək, bu dövlətin gələcəyi yoxdur. Son illər Ermənistan mədəni dünyadan kənarda qalır, ancaq kriminal aləm xəritəsinə daxil olur. Bu, təbii ki, arzuolunan deyil. Gələcək perspektivdə dövlət üçün müsbət heç nə görünmür. Necə deyəllər status-kvo bərpa olunur, erməni “amili” cinayətkar dünyada özünü tapır və beləliklə, Ermənistan mədəni dünyadan itib gedir.”



