"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənilər Uruqvayı da biabır etməyi bacardılar

04 Fevral 2015 - 23:27
in KÖŞƏ YAZILARI

Qabil Mehdiyev | qabil-so@mail.ruqabil-port

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası olan AIPS 1924-cü ildə Fransada yaradılıb. İlk Konqresi də elə həmin il Parisdə keçirilib. Həmin vaxtdan dünyanın tanınmış idman jurnalistlərini tədricən ətrafına toplayan bu təşkilat Asiya, Afrika, Amerika və Avropada qitə qurumlarını yaradıb.

Hazırda 150-dən çox dövlətdən milli assosiasiyaları özündə birləşdirən AIPS dünyanın ən nüfuzlu media təşkliatlarından biri sayılır. AIPS-in təşkliatçılığı ilə hər il onlarla müxtəlif media layihələri uğurla həyata keçirilir. Bunlardan ən başlıcası isə ildə bir dəfə müxtəlif ölkələrdə keçirilən konqreslərdir.

2014-cü ilin aprelində Bakıda yüksək səviyyədə təşkil edilən 77-ci konqres həm də təşkilatın 90 illik yubileyi ilə üst-üstə düşmüşdü. Tədbirin bağlanış mərasimində Azərbaycana təşəkkürünü bildirən AIPS prezidenti Canni Merlo Bakı konqresini bu qurumun tarixində təşkil edilmiş ən gözəl konqreslərdən biri adlandırdı. Bunu Bakıya gələn AIPS-in İcraiyyə Komitəsi üzvləri və digər konqres iştirakçıları da etiraf etdilər.

Beynəlxalq qurumun qaydalarına görə, AIPS-in yarandığı gündən dəyişməz qalan bayrağı konqresin bağlanş mərasimində növbəti il toplantıya ev sahibliyi edəcək ölkəyə təqdim olunur. Ənənəyə uyğun olaraq, ötən il aprelin 30-da Bakıda, 77-ci konqresin sonuncu günündə bayraq təntənə ilə Uruqvay tərəfinə təqdim olundu. Qonaq ölkənin nümayəndəsi çıxış edərək, hər kəsi 2015-də Uruqvayda gözlədiyini dedi.

Amma tədbir nə Uruqvay paytaxtı Montevideoda, nə də bu ölkənin başqa şəhərində keçiriləcək. Tədbir Parisə köçürülüb. Niyə?

Niyəsindən sizləri də xəbərdar etmək üçün bir haşiyəyə çıxmaq lazımdır. Azərbaycandan sonra AİPS-in konqresini Uruqvayda keçirmək şərəfinə nail olmaq istəyənlər barədə, daha doğrusu, onların milliyyətini desəm, yəqin ki, hər şey aydın olar.

Bəli, Uruqvayın idman və turizm naziri erməni mənşəli Liliyam Keçiçiyan adlı qadındır. Hələ bu az imiş kimi, həmin ölkənin idman jurnalistləri birliyinin prezidenti də mənşəcə ermənidir – Pablo Karsiliyan. Bu iki erməni əl-ələ verib Bakıdan sonrakı konqresi Montevideoda keçirməyi təklif etmişdilər və AIPS də bu təklifi qəbul edub onların arzularının lehinə səs vermişdi. Məşhur təmsildə də deyildiyi kimi, əlbir olub ovladılar, yəqin onu bölməyə də razı ola bilməyiblər.

Hə, onu da deyim ki, ötən il Uruqvayın bu ermənilərindən hec biri Bakıya gəlməyə cürət etməmişdi. Onların əvəzində bayrağı AIPS İcraiyyə Komitəsinin həmin ölkədən olan üzvü Ernesto Ortis Qomes təhvil almışdı.

Nələrin baş verə biləcəyindən xəbərsiz AIPS rəhbərliyi bu ilin aprelində AIPS-in okeanın o tayında keçiriləcək 78-ci konqresinə hazırlaşırdı. Lakin Uruqvaydan gələn xəbər beynəlxalq idman jurnalistləri təşkilatının rəhbərliyini xeyli təəccübləndirdi. Belə ki, Uruqvayın idman jurnalistlərinin erməni rəhbəri Pablo Karsiliyan xəbər göndərdi ki, bəs idman və turizm naziri olan digər erməni Liliyam Keçiçiyan konqresi bu ölkədə keçirmək imkanında olmadıqlarını bildirib və konqresin təşkilinə kömək etməkdən vaz keçib. Bu da sözsuz ki, AIPS rəhbərliyini çətin vəziyyətə salıb. Qeyd edim ki, AIPS tarixində indiyədək belə hadisə baş verməmişdi. Buna görə də Fransa idman jurnalistləri təşkilatınının qismən dəstəyi ilə 78-ci konqresin Parisdə keçirilməsi qərara alınıb.

Beləliklə, idman və turizm naziri ilə idman media qurumunun rəhbəri vəzifəsində ermənilərə etimad göstərən Uruqvay dövləti elə həmin ermənilərin sayəsində beynəlxalq aləmdə biabır oldular.

Sonda bir faktı da qeyd edim ki, 77-ci konqresin təşkili ərəfəsində təşkliat komitəsinin məsul katibi olaraq, AIPS rəhbərliyi ilə Bakıya Ermənistandan və Uruqvaydan ermənilərin gəlib-gəlməyəcəyini dəqiqləşdirmək üçün danışıqlar aparmışdım. Təhlküəsizliklərinə təminat alan ermənilər gəlməkdən imtina etmişdilər. Onlara AIPS tərəfindən göndərilən məktubda, əgər Bakıya gələcəklərsə, əvvəlcədən xəbər vermələri bildirilmişdi. Cavabında heç biri gəlməyəcəyini bildirmişdi. Lakin qeydiyyat prosesinin sonuncu günündə Yerevandan «Armenpress» xəbər agentliyinin idman müxbiri Zaven Vardanyan Bakıya gəlmək istəyini bildirmişdi. Əlbəttə, 3 ay davam edən qeydiyyat dövründə susub son anda gəlmək üçün müraciət etmək erməni xislətinin təzahürü idi. Məqsəd Bakıdan imtina cavabı alıb, aləmə car çəkmək idi. Amma əvvəlcədən Ermənistan idman jurnalistləri təşkliatının imtina məktubunu əsas gətirən AİPS, həm də onlar üçün qoyulan müddətin bitdiyini bildirərək, Z.Vardanyanın qeydiyyatını ləğv etdi. Şübhəsiz bu da ermənilərin bir oyunu idi. Niyyəti bəlli, məqsədi aydın, amma hədəfinə yetişməyən oyunu.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Biz hansı ədəbiyyatı yaratmalıyıq?

Next Post

Azərbaycan “Vaşinqton Tayms”da

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Azərbaycan “Vaşinqton Tayms”da

Müdafiə naziri Ermənistana və xunta rejiminə ultimatum verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.