"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Ermənilər yetim uşaqları sünnət edib, bizim dili öyrədirlər` – Xalid Bayramov

06 Avqust 2016 - 12:44
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

`Ermənilər yetim uşaqları sünnət edib, bizim dili öyrədirlər` - Xalid Bayramov
AzVision.az-ın müsahibi Xalid Bayramov Bakı Dövlət Universitetində erməni dili və ədəbiyyatının tədrisi ilə məşğul olur. O, bizimlə söhbətində doğulduğu Qərbi Azərbaycandan, erməni məktəbində oxumasından, tələbələrinə erməni dilini öyrətməsindən danışıb.
– 1941-ci ilin sentyabrın 15-də Qərbi Azərbaycanın Qırmızıkənd rayonunun Göyçay kəndində, Qarqoyunlu mahalında doğulmuşam. Məktəb yaşına çatanda Qərbi Azərbaycanın İcevan rayonunun Uzuntala kəndinə köçmüşük. Həmin qəsəbədə azərbaycanlı ailəsi təkcə biz olduğumuza görə, erməni məktəbinə getmişəm. 10-cu sinfi bitirəndən sonra Bakıya gəlmişəm.
O vaxt Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun erməni sektoru var idi. 1964-cü ildə institutu bitirəndən sonra yenə rayonumuza qayıdıb, orada orta məktəbdə işləmişəm. 5-10 cü siniflərdə erməni dili və ədəbiyyatından dərs demişəm. Eyni zamanda məhkəmə-istintaq orqanlarında tərcüməçi, peşə məktəbində həm tərbiyəçi, həm də müəllim işləmişəm. Ondan sonra Azərbaycan Dövlət Televiziyasında erməni dilində verlişlər redaksiyasında tərcüməçi və redactor kimi çalışmışam. Hazırda Bakı Dövlət Universitetində erməni dili və ədəbiyyatının tədrisi ilə məşğul
oluram.
– Erməni dilini öyrənmək, orta məktəbdə o dildə təhsil almaq çətin deyildi ki?
– İnsan üçün çətin şey ola bilməz. Əgər qarşına bir məqsəd qoymusansa, nail ola bilərsən.
Bu dilin çətinliyini mən onda görürəm ki, bizim danışığımızda olmayan fonetik səslər var. Bəziləri olur ki, bu çətinlikləri dəf edir, heç hiss olunmur. Mən necə tələffüz edirəmsə, onlar da mənim kimi tələffüz edirlər. Bəzən isə bu fonetik səslər səbəbindən hiss olunur ki azərbaycanlıdır. Mən ermənilərin hansısa rayonuna gedim, istər çobanı ilə, istərsə də alimi ilə söhbət edim, onlar başa düşməz ki, mən azərbaycanlıyam. Çünki uşaq vaxtından bu dildə danışmışam.
O vaxt erməni məktəbləri Bakıda da, Sumqayıtda da var idi. Ermənilər istəyirdilər ki, Azərbaycanda onlar üçün ayrıca institut açılsın. Xankəndində ona nail oldular. Erməni dilində pedaqoji institut açdılar. Onun nəzdində hər il Azərbaycan şöbəsinə 25 abituriyent hazırlayırdılar.
– Ailənizin digər üzvləri də erməni dilini bilirlər?
– Həyat yoldaşım məişət, danışıq dilini bilir, amma yazmağı, oxumağı bacarmır. Məndə özü-özünə alınıb. Mən 7 yaşımdan bu dildə öyrənməyə başlamışam.
– İndiyə kimi erməni dili üzrə neçə tələbə yetişdirmisiniz?
– Bakı dövlət Universitetində 2005-2006-cı tədris ilindən dərs deyirəm. Bu müddət ərzində ildə hər qrupda ən azı 15 nəfər erməni dilini öyrənir. Onlardan da seçilənlər var. Bir çoxu güc nazirliklərində çalışır. Özü də hər il mən onlardan imtahan götürəm.
– Azərbaycanda erməni dilini bilən və öyrədən mütəxəssislər çoxdurmu?
– Erməni dilini bilənlər var, ancaq tədris etmirlər. Sadəcə, vaxtında öyrəniblər, indi isə işlətmirlər deyə, dil passivləşib. Mən çox yaxşı bilirdim, erməni müəllimlər öz tələbələrin deyirdilər eşidin, azərbaycanlı ermənicə sizdən yaxşı bilir. Mənə mexaniki qiymət yazırdılar.
– Amma düşmən ölkədə bizim dili bilənlər yaman çoxdur… 
– Xəbərdaram. Onlarda Azərbaycan dilində, türk dilində siniflər açıblar. Hətta valideyinsiz uşaqları sünnət edib, həmin siniflərdə yerləşdirirlər. Bizə qarşı kadrlar hazırlayırlar. Onlara “məhəmmədçilər” deyirlər. Orta məktəbi bitirəndən sonar isə onlara Azərbaycan və ya digər müsəlman ölkələrinin dilində ali təhsil veririlər. Oranı da bitirəndən sonra lazımı mövqelərdə yerbəyer edirlər. Casus hazırlayırlar.
– Övladlarınızdan kimsə sizin yolu davam etdirirmi?
– Yox ,təssüf… 20 yanvar, Xocalı hadisələrindən sonra bu dilə qarşı onlarda güclü nifrət yarandı. Oğlum “Naxçıvanski”yə getdi, dedi, hərbçi oldu.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərzaq, alkoqollu içki və siqaretlərin gətirilməsi ilə bağlı yeni qaydalar gəlir

Next Post

Referendumla bağlı ödənişsiz təbliğat bu KİV-lərdə olacaq – Siyahı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Referendumla bağlı ödənişsiz təbliğat bu KİV-lərdə olacaq - Siyahı

Sabah dəniz havası olacaq – 42 dərəcə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.