“Biz Valeri Permyakovu öz gözlərimizlə gördük və əmin olduq ki, o, Ermənistandakı Rusiya hərbi bazasındadır”. Musavat.com erməni
KİV-ə istinadla xəbər verir ki, bunu Gümrüdə etiraz aksiyasının iştirakçılarına onlardan biri ilə bazaya baş çəkmək imkanı verilmiş deputat Martun Qriqoryan deyib.
KİV-ə istinadla xəbər verir ki, bunu Gümrüdə etiraz aksiyasının iştirakçılarına onlardan biri ilə bazaya baş çəkmək imkanı verilmiş deputat Martun Qriqoryan deyib.Onun sözlərinə görə, 6 nəfərin qatili Permyakov təkadamlıq kamerada saxlanılır. “Bizi kamerayadək apardılar, balaca pəncərəni açdılar və biz şəxsən onu gördük. Orada baxılası bir şey də yox idi, debilin biridir” – əlavə edib deputat və nümayişçiləri evlərinə dağılışmağa çağırıb.
Ancaq etirazçılar dağılışmağa tələsmirlər və tələb edirlər ki, baş prokuror Gevork Kostanyan Permyakovun erməni tərəfinə verilməsi üçün rusiyalı həmkarına müraciət etməlidir.



