"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənilərin dəyişdirdiyi toponimlərlə bağlı tədqiqatlar…

26 Yanvar 2023 - 15:31
in ÖNƏMLİ

Ermənilərin dəyişdirdikləri Azərbaycan toponimləri ilə bağlı tədqiqatlara başlanılıb.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Elchi.az xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov deyib.

O bildirib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması ilə bağlı göstəriş verib:

“Bununla əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Akademiyada Qərbi Azərbaycanla bağlı yaradılmış üç şöbədən biri də Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsidir. Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən törədilmiş saysız-hesabsız cinayətlərdən biri də toponimlərin adlarının dəyişdirilməsi ilə bağlıdır. Qarabağda Azərbaycan tarixinə aid toponimlər zaman-zaman kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları verilib. Qərbi Azərbaycanda ümumilikdə Azərbaycan xalqına məxsus 760-dan çox toponim dəyişdirilib. Bəzi kəndlər tamamilə silinib, əhalisi köçürülüb. Bəzi kənd və qəsəbələrin adları ermənilər bu ərazilərə köçürüldükdən sonra, bəziləri azərbaycanlıların yaşadığı vaxtlarda, bəziləri isə azərbaycanlıların bu ərazilərdən tamamilə deportasiyasından sonra dəyişdirilib”.

Şöbə müdirinin sözlərinə görə, toponimlərlə yanaşı, minlərlə mikrotoponimin (körpü, bulaq, küçə, meşə, dağ, çay və s.) adı da dəyişdirilib.

O, qeyd edib ki, bir yaşayış məntəqəsində həmin məntəqənin adını ifadə edən bir toponim, 15-dən çox mikrotoponim olur. İrəvan şəhərinin adı da daxil olmaqla, ümumilikdə təxminən 7-8 min toponimin adı dəyişdirilib.

İndiyədək bu istiqamətdə tədqiqatlar aparan dilçi alimlər haqqında məlumat verən Elçin İsmayılov İbrahim Bayramov, Siracəddin Qeybullayev, Budaq Budaqov, Həsən Mirzəyev, Mahirə Nağıqızı, Afad Qurbanov kimi görkəmli tədqiqatçıların Qərbi Azərbaycan toponimləri ilə bağlı əsərlərin müəllifi olduğunu diqqətə çatdırıb.

Rəhbərlik etdiyi Toponimika şöbəsinin fəaliyyət istiqamətlərindən bəhs edən alim bildirib ki, şöbə Qərbi Azərbaycan və Şərqi Zəngəzur toponimləri və işğaldan azad edilmiş ərazilərin onomastik vahidlərinin tədqiqatı, onomastik mənzərəsinin bərpası, adlarının müəyyənləşdirilməsi məsələləri ilə məşğul olacaq:

“Şöbədə işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən toponimlərin adlarının milliləşməsi istiqamətində tədqiqatlar aparılacaq”.

O, qarşıdakı 2-3 ay ərzində konkret elmi faktlara əsaslanan tədqiqatların nəticəsi olaraq yeni kitabın çap olunacağını və bu nəşrin respublika ilə yanaşı, dünya ictimaiyyətinə təqdim ediləcəyini diqqətə çatdırıb:

“Əminliklə deyə bilərik ki, bu məsələnin ölkə əhəmiyyətli tədqiqatlar olduğunu nəzərə alaraq dövlətimiz, o cümlədən AMEA Rəyasət Heyəti tərəfindən şöbə qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində bütün resurslarımızı səfərbər edəcəyik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Patruşev: Qərb Rusiyaya qarşı müharibəsini DAYANDIRMAYACAQ

Next Post

İrəvan anlamalıdır: Kreml Bakı ilə problem istəmir – Markedonov

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
İrəvan anlamalıdır: Kreml Bakı ilə problem istəmir – Markedonov

İrəvan anlamalıdır: Kreml Bakı ilə problem istəmir - Markedonov

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.