Erməni girovluğunda saxlanılan azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı
qondarma “apelyasiya məhkəməsinin” iclas tarixi açıqlanıb. Report xəbər verir ki, həmin “məhkəmə prosesi” fevralın 26-da keçiriləcək. Məlumata görə, bunu Şahbaz Quliyevin “vəkili” Arkadi İsraelyan deyib. Qeyd edək ki, fevralın 26-da Xocalı soyqırımı qurbanlarının 23-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhəri işğal olunarkən, azərbaycanlılara soyqırım baş verib. Xatırladaq ki, 2014-cü il iyunun 29-da Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov yaxınlarının məzarını ziyarət etmək üçün Kəlbəcərə gediblər. Ermənilər Həsən Həsənovu öldürüb, Dilqəm Əsgərov və Şahbaz Qyuliyevi isə girov götürüblər.
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...



