Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) erməni terrorçunun Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmasına münasibət bildirib.
Ombudsmanın rəsmi Tvitter səhifəsində bu gün Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş terror aktı şiddətlə qınanılıb.
“Bu, regionda sülhün qurulması prosesinə ciddi təhlükədir” – paylaşımda bildirilib.




