“Çiçəklənən Ermənistan” hakimiyyətə səsləndi
“Ermənistan hakimiyyəti bütün hədləri aşıb və artıq açıq-aşkar terrorçu əməllər törədir”.
ANS PRESS-in məlumatına görə, bu sözləri “Çiçəklənən Ermənistan” partiyasının üzvü deyib.
Belə ki, artıq bir neçə saatdır ki, polis partiyanın fəallarını və ərazilər üzrə nümayəndələrini sorğu-sual edir. Xüsusi xidmət orqanlarının əməkdaşları isə “Çiçəklənən Ermənistan” partiyasının deputatı olan Rüstəm Qasparyanın evinə hücum ediblər.
Məlum olub ki, partiyanın Armavir şəhərindəki rəhbəri də həbs edilib. Partiya üzvlərinin sözlərinə görə, Ermənistan hakimiyyəti bu yolla açıq terror törədərək, qorxu və zorakılıq yolu ilə xalq hərəkatını boğmaq istəyir.
ANS PRESS



