"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ermənipərəst dairələrin təzyiqinə davam gətirməliyik”

20 Sentyabr 2023 - 11:55
in Cebhe-banner, MANŞET

Qüdrət Həsənquliyev: “Bu gün İlham Əliyev əsası iki yüz il əvvəl ermənilərin torpaqlarımıza köçürülməsi ilə qoyulmuş, son yüz ildə qanlı toqquşmalarla müşayiət olunan bir münaqişəyə son qoymaq ərəfəsindədir”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Elchi.az həmin müsahibəni oxuculara təqdim edir:

– Qüdrət bəy, Qarabağda baş verən son hadisələrə münasibətinizi bilmək istərdik.

– Öncə Allahdan şəhidlərimizə rəhmət diləyirəm!

2020-ci ildə müharibəni uduzan Ermənistan fikirləşirdi ki, Azərbaycan və Rusiyanı aldadıb atəşkəsə nail olub və bundan sonra atəşkəs barədə imzalanmış üçtərəfli Bəyannamə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə bilər. Yəni, qoşunlarını Qarabağdan çıxarmadı, Naxçıvana maneəsiz gediş-gəlişi təmin etmədi və Rusiyanın nəzarətində olmalı olan dəhlizin açılmasına imkan vermədi, sülh sazişini imzalamadı. Düşünürdülər ki, Rusiya sülhməramlıları Qarabağdakı işğalçı rejimi müdafiə edəcək və Rusiya öz “maraqları” naminə Azərbaycana Qarabağda antiterror əməliyyatları keçirməyə imkan verməyəcək. Onlar sülh danışıqlarını uzatmaqla həm də Rusiyanın Ukraynada məğlubiyyətini və bunun nəticəsi olaraq Rusiyada birinci Qarabağ savaşında onlara Qərbin də təhriki ilə ciddi dəstək verən Qorbaçyov və ya Yeltsin kimi birisinin hakimiyyətə gəlməsini gözləyirlər. Atəşkəsdən keçən üç il ərzində bizim dediyimizin əksinə olaraq bəyan etdilər ki, münaqişə bitməyib və belə bir görüntü yaratmaq üçün mütəmadi olaraq terror aktları törətdilər, müxtəlif təxribatlara əl atdılar. Çalışdılar ki, beynəlxalq birliyi, xüsusilə Qərbdəki erməni diasporasının ciddi təsiri altında olan ermənipərəst ölkələrin dəstəyi ilə Qarabağda yaşayan ermənilərə de-fakto onların müstəqilliyini təmin edəcək siyasi status alsınlar. Bu xəstələnmiş xalqın xəstə liderləri bizim ölkələrin ərazi bütövlüyünə hörmət və qonşular olaraq dinc-yanaşı yaşamaq barədə çağırışlarımıza cavab verməməklə növbəti dəfə səhv etdilər. Azərbaycan antiterror əməliyyatına başlayıb və ümid edirəm Qarabağ üzərində dövlətin suveren hüquqlarının bərpası ilə nəticələnəcək.

– Bizim dayandırılmaq ehtimalımız nə qədərdir?

– Regionda bizə real mane ola biləcək tək güc Rusiyadır və hesab edirəm ki, Rusiya Ermənistanın yürütdüyü riyakar siyasəti görür və belə bir siyasətə dəstək verməz. Həm də Rusiyanın özünün problemləri kifayət qədərdi. Rusiya Türkiyə və Azərbaycanın timsalında Ermənistandan fərqli olaraq etibarlı tərəfdaş görür. Həyat sübut etdi ki, İlham Əliyev zamanında “Putinə inanıram, o məni satmaz” deyəndə yanılmayıb. Ermənipərəst dairələrin, bölgədə və münaqişənin davam etməsində maraqlı olan ölkələrin təzyiqinə isə davam gətirməliyik. Bu gün İlham Əliyev əsası iki yüz il əvvəl ermənilərin torpaqlarımıza köçürülməsi ilə qoyulmuş, son yüz ildə qanlı toqquşmalarla müşayiət olunan bir münaqişəyə son qoymaq ərəfəsindədir. Bundan faydalanan həm də erməni xalqı olacaq. Paşinyan isə nəhayət ki, ağıllanmalı və erməniləri silahı yerə qoyub Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmağa çağırmalıdır. Onun etnik təmizləmə və soyqırım kimi axmaq bəyanatları sülhə töhfə vermir.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya silahlı qüvvələri Kremençuqda neft emalı zavodunu vurub

Next Post

BMT TŞ iclasına qədər Xankəndi götürülməlidir

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
BMT TŞ iclasına qədər Xankəndi götürülməlidir

BMT TŞ iclasına qədər Xankəndi götürülməlidir

Ruben Vardanyan:  “Artıq 100-ə yaxın insan həlak olub”

Ruben Vardanyan: "Artıq 100-ə yaxın insan həlak olub"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.