"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan 4 günlük müharibədə yanan generallara görə Almaniyadan həkim gətirdi

06 May 2016 - 23:39
in XƏBƏR LENTİ

Almaniyanın Frayburq universitet klinikasının rəhbəri, tanınmış cərrah Martin Şvarts Ermənistan Səhiyyə Nazirliyinin dəvəti ilə Qarabağda aprelin əvvəllərində gedən döyüşlərdə yaralanan hərbçiləri müayinə etmək üçün İrəvana gedib.

“Novosti Armeniya” agentliyi xəbər verir ki, bu gün Şvarts və almaniyalı travmatoloq-ortoped Kristian Yaşke İrəvanın müxtəlif xəstəxanalarında müalicə olunan yaralı hərbçiləri müayinə ediblər. Almaniyalı həkimlər “Erebuni” tibb mərkəzinə, Milli Radiologiya və Yanıq Mərkəzinə, habelə Mərkəzi Klinik Hospitala baş çəkdikləri bildirilir.

Şvarts keçirdiyi mətbuat konfransında deyib ki, ən ağır yaralılar “Erebuni” tibb mərkəzinin reanimasiya şöbəsində müalicə olunur.  Onun sözlərinə görə, ağır yaralı hərbçilərin gələcək taleyinə dair proqnoz vermək mümkün deyil.

Xatırladaq ki, Azərbaycan ordusu aprelin 4-də Qarabağda gedən hərbi əməliyyatlar zamanı erməni qüvvələrinin işğal altındakı Cəbrayıl rayonunda yerləşən qərargahına TOS-1A “Solntsepyok” ağır odsaçan sistemindən iki dəqiq raket zərbəsi endirib. Həmin vaxt qərargahda erməni ordusunun bir neçə generalı və polkovnikləri, digər yüksək rütbəli zabitləri olub. Onların arasında “DQR”in keçmiş “müdafiə naziri”, Ermənistanın silahlı qüvvələrinin Baş qərargah rəisinin müavini, general Movses Akopyan və Qarabağdakı erməni qüvvələrinin korpus komandiri, general Seyran Saroyan da yer alırdı.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərdən məlum olurdu ki, qərargah TOS-1A “Solntsepyok” odsaçanın endirdiyi zərbə nəticəsində darmadağın olur. Ermənistan həmin zərbə nəticəsində nə qədər itki verdiyini açıqlamayıb. Lakin bu zərbələr Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyindən üç generalın başını yedi. Rusiyanın “Kommersant” qəzeti yazmışdı ki, Serj Sərkisyanın generalları işdən qovmasına səbəb məhz həmin dağıdıcı zərbə olub.

Belə ki, Azərbaycan ordusunun endirdiyi zərbə nəticəsində ermənilər çoxlu itki verib, sağ qalanlar ağır yanıq xəsarətləri alıb. Məlum olub ki, Dağlıq Qarabağın xəstəxanalarında yanıq əleyhinə effektiv dərman vasitələri yoxdur və həmin dərmanları təcili Moskvadan gətirmək lazım gəlib. Qəzet yazırdı ki, Sərkisyan ordunun kəşfiyyat rəisini Azərbaycanın TOS-1A “Solntsepyok” odsaçan sistemini atəş mövqeyinə çıxarmasından xəbər tutmadığı üçün cəzalandırıb.

Odsaçan zərbəsi nəticəsində yanıq xəsarətləri alan hərbçilər İrəvan xəstəxanalarına, o cümlədən Milli Radiologiya və Yanıq Mərkəzinə yerləşdirilib. Belə görünür ki, Almaniyadan tanınmış həkimin çağırılmasının əsas səbəbi də məhz Cəbrayıldakı qərargahda yanan generalların, digər yüksək rütbəli zabitlərin müalicəsi ilə bağlıdır.

Virtualaz.org

People Are Making Fast Money Using This Strange Method

Do You Dream Of A Premium Car? With This Site You Will Buy A Helicopter!

Have You Got The Millionaire Mindset? Take This Quiz To Find Out!

Tricks For Future Millionaires! Check out how much money you can earn in 1 day

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sürücülük vəsiqələri ilə bağlı yenilik — VİDEO

Next Post

`Prezidentlik əyləncə deyil` – Obama

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Prezidentlik əyləncə deyil` - Obama

Deputatlar mətbuatın müdafiəsinə qalxdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.