"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan bu konvensiyalara əməl etməlidir!

30 Avqust 2022 - 17:02
in SİYASƏT

“Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxsdir. Azərbaycanın, istər BMT Baş Assambleyası, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində itkin düşmüş ölkə vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi ilə bağlı məsələ qaldırılmasına, bununla bağlı müvafiq sənədlərin qəbul olunmasına baxmayaraq, Ermənistan müvafiq beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq, azərbaycanlı hərbi əsir və əsir götürülmüş mülki şəslərin taleyinə aydınlıq gətirmək istəmir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli FB hesabında bildirib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı əsir görürülmüş mülki və hərbi şəxslərlə bağlı şahid ifadələri, eləcə də araşdırmalar nəticəsində əldə olunan digər faktlar Ermənistanda əsir götürülmüş Azərbaycan vətəndaşlarına qarşı ağlasığmaz vəhşiliklərin törədildiyini, onlara dözülməz işgəncələrin verildiyini, ağır işgəncə və psixoloji təzyiq vasitələriylə iradələrinə zidd olaraq öz ölkələri əleyhinə çıxış etməyə, hətta terrorizmə məcbur edildiklərini sübuta yetirir:

“Azərbaycanlı əsirlərin hazırda işğaldan azad edilmiş ərazilərimizdə və Ermənistanda müxtəlif mərasimlərdə başlarının kəsilərək qətlə yetirilmələrini, üzərilərində qanunsuz tibbi eksperimentlərin aparıldığını, orqanlarının satıldığını təsdiqləyən çoxsaylı faktlar erməni ultramillətçiliyinin faşizm qədər dəhşətli və amansız olduğunu təsdiqləyir.
Ermənistan əsir götürülmüş azərbaycanlılara qarşı həyata keçirilən insanlıq əleyhinə cinayətlərə, eləcə də itkin düşmüş şəxslər haqqında məlumatları gizli saxladığına, cinayətkarların məsuliyyətdən yayınmasına şərait yaratdığına görə, Beynəlxalq Humanitar Hüquq və onun tərkib hissəsi olan Cenevrə və Haaqa hüququna, eləcə də Bütün İnsanların Məcburi İtkin Düşmədən Qorunması Haqqında konvensiyanın müvafiq müddəalarına uyğun olaraq, birbaşa məsuliyyət daşıyır.
Bütün İnsanların Məcburi İtkin Düşmədən Qorunması Haqqında konvensiyanın birinci maddəsinin 2-ci bəndində qeyd olunur ki, hər hansı istisna hal, istər müharibə vəziyyəti, istər müharibə təhlükəsi, istər daxili siyasi qeyri-sabitlik, istərsə də istənilən fövqəladə vəziyyət məcburi itkin düşməyə haqq qazandıra bilməz.
Sözügedən Konvensiyanın 6-cı maddədə qeyd olunur ki, üzv dövlətlər məcburi itkindüşmə faktını icra edənləri və təhrikçiləri, buna əmr verənləri, prosesdə bu və ya digər şəkildə iştirakı sübuta yetirilənləri cinayət məsuliyyətinə cəlb etmək üçün müvafiq tədbirlər həyata keçirməlidirlər. Bu o demkədir ki, Ermənistan əsir götürülmüş və itkin düşmüş sayılan Azərbaycan vətəndaşlarına qarşı cinayət əməlləri törədən şəxslərin məsuliyyətə cəlb olunmalarına görə birbaşa məsuliyyət daşıyır və sözügedən konvensiyanı imzalamaqla, həmçinin ratifikasiya etməklə üzərinə beynəlxalq hüuqi öhdəliklər götürüb.
Sözgedən konvensiyanın 9-cu maddəsinə əsasən, üzv dövlət məcburi itkin düşmə ilə bağlı cinayət əməlinə yol verən şəxsi, yaxud şəxsləri ərazisində hüquq pozuntusunun baş verdiyi dövlətin yurisdiksiyasına verməli və ya yurisdiksiyasını tanıdığı beynəlxalq məhkəmə qarşısına çıxarılmalarını təmin etməlidir.
Ermənistanın Azərbaycana və ölkəmizin vətəndaşlarına qarşı həyata keçiridiyi cinayətlər müharibə cinayətlərinin bütün təsnifatını əhatə etdiyi üçün, Cenevrə və Haaqa konvensiyalarının müddəalarının, eləcə də sözügedən cinayətlərin siyahısının təqdim edilməsinə lüzum görmürəm.
Problem ondadır ki, keçmiş Yuqoslaviya ilə bağlı Beynəlxalq Tribunalın fəaliyyətinin başa çatdırmasından cəmi 5 il keçməsinə və ortalıqda müharibə cinayətkarlarının cəzalandırılması ilə bağlı çoxsaylı presidentlərin olmasına baxmayaraq, beynəlxalq birlik, hətta itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi məsələsində belə Ermənistana təzyiq göstərmək istəmir.
Amma hər bir Azərbaycan vətəndaşının taleyi dövlətimiz üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti Ermənistanla münasibətlərin tənzimlənməsi müstəvisində aparılan bütün danışıqlarda itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı məsələni sülh prosesinin əsas istiqamətlərindən biri kimi təqdim edir. Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərdə itkin düşmüş həmvətənlərimzlə bağlı məsələnin daim gündəmdə saxlanılması da ölkəmizin bu məsələdə nümayiş etdirdiyi israrlı, güzəştsiz mövqenin bariz nümunəsidir”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Son sutkada neçə nəfər koronaya yoluxub?

Next Post

Xəzərdə zəlzələ oldu

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Azərbaycanda zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

Kamran Əliyev İranın ədliyyə naziri ilə görüşdü – Yenilənib

Kamran Əliyev İranın ədliyyə naziri ilə görüşdü - Yenilənib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.