"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan “DQR”-i tanimadı

13 Noyabr 2014 - 09:26
in FLƏŞ

 

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Almaniya XİN-i konkret mövqe sərgilədi; Ermənistan parlamentində qondarma “DQR” səsverməsi baş
img1575745
tutmadı; deputatlar zaldan qaçdı

Ermənistan parlamentində qondarma “DQR”in “müstəqilliyinin” tanınmasına dair müxalif deputat Zauru Postancyan tərəfindən irəli sürülmüş qanun layihəsinin səsverməsi iflasla nəticələnib. Virtualaz.org xəbər verir ki, qanun layihəsi səsə qoyulanda deputatların böyük əksəriyyəti iclas zalını tərk edib. Nəticədə “DQR”in tanınmasının lehinə cəmi 8 deputat səs verib, 1 deputat bitərəf qalıb, əleyhinə heç kim səs verməib.

Layihə səsverməyə çıxarılmazdan əvvəl parlamentin xarici əlaqələr komitəsinin rəhbəri, hakim Respublika partiyasını təmsil edən Artak Zakaryan deyib ki, bu cür layihə artıq dördüncü dəfədir təqdim edilir. O qeyd edib ki, bu cür sənədin qəbul edilməsinin vaxtı çatmayıb. “Nə vaxt belə layihənin qəbul edilməsi məqsədyönlü olsa, o zaman parlamentin bütün üzvlərinin təşəbbüsü ilə müzakirəyə çıxarılacaq və yekdilliklə qəbul ediləcək” Zakaryan bildirib.
Layihə parlamentə təqdim ediləndə hakim partiyadan olan deputatlar deyiblər ki, “DQR”in tanınması Azərbaycanın müharibəyə başlamasına səbəb olacaq və bu səbəbdən təşəbbüs yersizdir.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Milli Konqresinin parlament fraksiyasının sədri Levon Zurabyan bildirib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması vaxtından əvvəl atılmış addım olardı. O deyib ki, bu, Ermənistanın danışıqlardan birtərəfli çıxması mənasına gələ bilər: “Bu isə danışıqları poza, Ermənistanın təcridinə gətirib çıxara bilər və hərbi əməliyyatların bərpası təhlükəsini artırar”.
L. Zurabyan əlavə edib ki, Dağlıq Qarabağın möhkəmlənməsi iqtisadi resursların yaradılması ilə mümkündür…
Ermənistan parlamentindəki məlum layihə rədd edildikdən sonra parlamentin spikeri Qalust Sakyan jurnalistlərə deyib ki, Ermənistanın hakim Respublika Partiyası Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınması məsələsi həllini tapanadək hakimiyyətdə olacaq.
Musavat.com-un xəbərinə görə, “Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınması məsələsi həll edilənədək biz hakimiyyətdə qalacağıq” – deyə Saakyan bildirib.
“Məgər elə bu səbəbdən problemin həlli uzanmırmı” replikasına isə o, “Problem Azərbaycanın qeyri-konstruktiv mövqeyi ucbatından həllini tapmır” söyləməklə kifayətlənib.
***
Bu arada Almaniya Bundestaqının internet saytında “Dağlıq Qarabağ uğrunda iğtişaşlar” sərlövhəli məlumat dərc olunub. “AzərTAc”ın verdiyi xəbərə görə, məlumatda bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsində atəşkəsin pozulması hallarının intensivləşdiyi qeyd olunur.
Bildirilir ki, Bundestaqın “Solçular” fraksiyasının bununla bağlı AFR hökumətinə ünvanlandığı sorğuya Xarici İşlər Nazirliyi cavab verib.
“Solçular” fraksiyasının 18/2728 nömrəli kiçik sorğusuna Federal hökumətin 18/2816 nömrəli cavabında deyilir: “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir, amma erməni silahlı qüvvələrinin nəzarətindədir”.
Cavab məktubunda həmçinin bildirilir ki, təmas xəttində qarşıdurmalar iyulun sonu və avqustun əvvəlində zirvə nöqtəsinə çatıb, sonradan yenidən əvvəlki illərin vəziyyətinə qayıdıb. Daha çox snayper və avtomatlardan, eləcə də digər piyada əl silahlarından istifadə olunub.
Federal hökumətin məlumatına görə, qondarma “Dağlıq Qarabağ Respublikası” “özünümüdafiə qüvvələrinin” 23000 əsgəri var. Onlardan 8000 nəfəri Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusudur.
***
Fransa səfiri: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud durum çox davam edə bilməz”
Mövcud situasiya Fransanın da narahatlığına səbəb olub. Belə görünür ki, Fransa avqust ayından bəri aparılan danışıqların yeni mərhələsinin, xüsusi ilə prezidentlərin Paris görüşündən sonrakı danışıqların hansısa nəticə verəcəyinə ümidlidir. “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud durum çox davam edə bilməz”. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı yeni səfiri Jan-Fransua Şerpantye İrəvanda keçirdiyi brifinqdə bəyan edib.
Diplomat qeyd edib ki, bu, Fransanın mövqeyidir. “Bu, mənim mövqeyim deyil, ölkəmin mövqeyidir. Bu mövqe hamıya məlumdur. Prezident Olland bu yaxınlarda Ermənistan və Azərbaycan prezidentləri ilə keçirdiyi görüşdə bunu bir daha ifadə edib. Rəsmi Paris hesab edir ki, tərəflər tezliklə xalqlarının istəyinə cavab verəcək həll variantını tapmalıdır”, – deyə o vurğulayıb.
Hazırda gedən proseslərdən belə nəticə hasil olur ki, Ermənistan danışıqların yeni mərhələsində də öz mahiyyətinə “sadiq” qalaraq pozuculuq ənənəsini davam etdirir. Görünür, düşmən ölkə məsələnin sülh yolu ilə həllinə, barəsində danışılan Böyük Sülh Sazişinə nail olunmasına əngəl törətməyə gprüşüb. Bu o deməkdir ki, deyəsən, Ermənistan özünün mövcudluğunu qorumaq üçün yaranan son şansdan da yararlanmaqda maraqlı deyil. Hələ aylar öncə – avqustda baş verən üç günlük müharibənin ardınca ekspertlər qeyd ediblər ki, Azərbaycan iqtidarının öz torpaqlarını silahlı yolla azad etmək əzmini nümayiş etdirməsi hər kəs üçün dərs olmalıdır. Yəni bu olaylardan sonra – danışıqların yeni mərhələsində də Ermənistan işğalçılıq siyasətindən əl çəkməsə, sülhə razı olmasa, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək məcburiyyətində qalacaq, bu hüququndan yararlanacaq.  Bu isə Ermənistanın məhvi deməkdir.
Maqsud MAHRIZLI

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan və İran arasında sənədlər imzalanıb

Next Post

90 MP 090-ın sahibi kim çıxdı?

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

90 MP 090-ın sahibi kim çıxdı?

Sahibkardan Əli Kərimliyə növbəti ağır ittihamlar...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.