"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan etiraf etdi: Azərbaycana keçən “çoban”…

14 Dekabr 2016 - 10:57
in XƏBƏR LENTİ

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədovun bir neçə gün əvvəl Trend İnformasiya Agentliyinə müsahibəsində açıqladığı faktlara münasibət bildirən Ermənistanın analoji komissiyasının İşçi Qrupunun rəhbəri Armen Kaprielyan erməni çoban Manvel Sarıbekyanın əslində müddətdən artıq xidmət keçmiş əsgər olduğunu “etiraf” edib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Qeyd edək ki, 2010-cu ilin sentyabrında Azərbaycan ərazisində saxlanılmış və bir müddət sonra saxlanıldığı kamerada intihar etmiş Ermənistan vətəndaşı Manvel Sarıbekyanın guya çoban olması barədə həmin vaxt və sonrakı dövrlərdə Ermənistan kütləvi informasiya vasitələrində bu ölkənin rəsmi qurumlarına istinadən cəfəng məlumatlar yayılmışdı.

E.Səmədov A.Kaprielyanın “etiraf”ı ilə bağlı Trend-ə bildirib:

“A.Kaprielyanın müsahibəsinin əsas məqsədi bizim verdiyimiz təklifdən yayınmağa hesablanıb. Bu da təbiidir. Çünki Ermənistandakı mövcud hakimiyyəti sadə ermənilərin taleyi düşündürmür. Biz təklif edirik ki, hazırda hər iki tərəfdə saxlanılan üç nəfərin (iki azərbaycanlı, bir erməni) azad edilməsi üçün bir masa arxasında oturaq və məsələni müzakirə edək. A.Kaprielyan isə bu məsələni bir kənara qoyaraq Ermənistan ictimai fikrini saxlanılan şəxsin azad edilməsi məsələsindən yayındırmağa cəhd edir. O ki qaldı onun beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı fikirlərinə, mən Ermənistan tərəfinin hüquq normalarını pozması ilə bağlı yüzlərlə fakt söyləyə bilərəm. Hətta bunu məndən çox-çox əvvəl ABŞ-dan siyasi sığınacaq istəmiş Ermənistan vətəndaşı və keçmiş hərbçisi Mesrop Martirosyan da etiraf edib”.

O əlavə edib ki, M.Martirosyan məhkəməyə ifadəsində hərbi əsir düşərgələrində əzab verilmiş, bədənlərinin hissələri kəsilmiş əsirləri gördüyünü bildirib: “Mən qulaqları kəsilmiş insanlar görmüşəm… Uşaqların kəsilmiş bu qulaqlarla oynamasının şahidi olmuşam”, “Erməni milli ordusu məni hərbi əsirlərin saxlandığı düşərgəyə göndərmək istəyirdi. Lakin onlara bildirdim ki, mən əsgərəm, cəllad deyiləm. Mən əsirlərə qarşı eşitdiyim vəhşilikləri öz əməlimlə təkrarlaya bilmərəm”. Budurmu Ermənistanın humanizmi? Yaxud hansı ölkə döyüş zamanı əsir düşmüş hərbçinin anasını müxtəlif yollarla aldadaraq öz ölkəsinə aparmış, ananı girov saxlayaraq əsir övladı metroda terror aktı törətməyə məcbur etmiş, bununla da dinc insanların ölümünə hökm vermişdir? 3 iyul 1994-cü il tarixdə Bakı Metropoliteninin “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarında 13 nəfərin həlak olması, 42 nəfərin yaralanması ilə nəticələnən partlayış Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı 13 yanvar 1994-cü ildə əsir götürülmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilib. Bəli, məhz Azər Aslanovun bu terroru törətməsində əsas rolu anasının girov saxlanması oynayıb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Qarabağın həlli üçün təkliflər var ` – Uorlik

Next Post

Körpəsini zibil qutusuna atan “analar” – araşdırma

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Körpəsini zibil qutusuna atan “analar” - araşdırma

OPEK-in Vyana qərarı Bakıya necə təsir edəcək?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.