"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan İrana dəmiryolu çəkməyə pul tapmır

16 Yanvar 2017 - 09:33
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ermənistan prezidenti Serj Sarkisyanın yaxın illərdə İranla dəmiryolu çəkiləcəyinə dair vədindən düz səkkiz il keçəndən sonra hakimiyyət optimillaşdırma tədbirləri çərçivəsində bu xəttin layihələndirilməsi və tikilməsi ilə məşğul olacaq şirkəti ləğv edib.

Hökumətin bu günlərdəki iclasında nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaqan Martirosyan qeyd edib ki, “Dəmiryolu tikintisi müdiriyyəti” Qapalı Səhmdar Cəmiyyətinin ləğvi nəticəsində 13 ştat ixtisar ediləcək və 35 milyon drama (131 mindən çox manat) yaxın vəsaitə qənaət olunacaq.

İclasda nazir vurğulayıb ki, şirkətin ləğvi o demək deyil ki, hökumət Ermənistan-İran dəmiryolu çəkilməsindən imtina edir: “Çünki nazirlikdə dəmiryolu departamenti fəaliyyət göstərir, bu funksiyasını hazırkı departament icra edə bilər”.

Təxminən bir ay öncə jurnalistlərlə görüşündə Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vahan Martirosyan demişdi ki, Ermənistan-İran dəmiryolu tikintisində hansısa inkişaf yoxdur, hələ ki, yalnız potensial sərmayədarlarla müzakirə aparılır.

İndi isə aydın olur ki, Sarkisyanın vədindən səkkiz il keçsə də, hətta heç dəmiryolunun layihəsi belə hazır deyil. “Təxmini hesablamalara görə, tikinti üçün 3.2 milyard dollara yaxın vəsait lazımdır. Ancaq bu, dəqiq deyil, çünki hələ son layihə hazır deyil”, – nazir hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Uzunluğu 305 km olacaq dəmiryolu Siunik əyalətində dağların arasından keçməli idi.

“Azadlıq” radiosunun erməni xidmətinin “Prezidentin bəyanatından səkkiz il sonra niyə layihə belə hazır deyil” sualının cavabında nazir deyib: “Çünki sərmayə qoyacaq investor özü üçün uyğun layihə üzərində işləməlidir”.

Xatırladaq ki, 2008-ci ilin oktyabrında xalqa müraciətində yeni seçilmiş prezident Serj Sarkisyan vəd vermişdi: “Yaxın illərdə İran-Ermənistan dəmiryolunun tikintisi başlayacaq”.

Ermənistan-İran dəmiryolu Sarkisyanın təklif etdiyi üç iri layihədən biri idi. Bir neçə ay sonra hətta yeni atom stansiyasının tikintisi də başlamalı idi, Dünya Bankı isə bunu maliyyələşdirəcəkdi. Bu təşəbbüslərin heç biri reallaşmadı.

Son zamanlar hətta hakimiyyətin yüksək dairələri belə yaxın gələcəkdə İran-Ermənistan dəmiryolunun tikintisinin mümkün olacağına dair şübhələrini gizlətmirlər.

2015-ci ilin fevralında hökumətin iclasında o vaxtkı baş nazir Ovik Abramyan o vaxtkı nəqliyyat və rabitə naziri Xakik Beqlaryana müraciətlə demişdi: “Beqlaryan, ümumiyyətlə, sənin bu məsələylə bağlı ümidin varmı?”

“Dəmiryolu tikintisi müdiriyyəti” QSC-nə 5 il ərzində dövlət büdcəsindən təxminən 185 milyon dram (700 min manata yaxın) vəsait ayrılıb. Radionun erməni xidməti Vahan Matrosyandan soruşub ki, şirkət bu 185 milyon dramı nə edib?

“Şirkət boş yerə çalışmayıb. Onlar işləyiblər, müzakirələr aparıblar. Bu müddət ərzində bizim bir konsessiya qaydası ilə təşkil edilmiş müəssisəmiz olub. Bu müəssisə araşdırıb ki, neçə tunel, körpü lazım ola bilər. 185 milyon bunun üçün azdır ya çoxdur, bunu qiymətləndirə bilmərəm, ancaq iş aparılıb”, – nazir deyib.

Əgər hökumət hətta 13 əməkdaşa bu layihəni gerçəkləşdirmək üçün maaş belə vermək istəmirsə, bu o deməkdirmi ki, hakimiyyət bu dəmiryolunun tikintisini yaxın gələcəkdə mümkün saymır?

Vahan Matrosyan deyib: “Mən müddət göstərə bilmərəm, amma bu proqram hökumətin nəzarətinə keçir”.

Nazirin sözlərinə görə, ilkin hesablamalar, investorun 3,2 milyard dollarlıq sərmayəsini təxminən 22 ilə çıxara biləcəyini göstərir.

İqtisadi şərhçi Hayk Gevorkyanın fikrincə, Ermənistan-İran dəmiryolu iqtisadi cəhətdən əlverişsizdir, rentabelli deyil. Buna görə də yaxın onilliklərdə onun tikintisi, çətin ki, mümkün ola: “İnvestoru bu vəsaiti qoymağa cəlb etmək üçün yükdaşıma, sərnişin dövriyyəsi yüksək deyil. Hökumətin hesablaması ki, sərmayədar 22 ilə qoyduğunu götürəcək, sonra gəlirlə çalışacaq, inandırıcı görünmür”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə təyyarəsi qəzaya uğradı – 32 ölü

Next Post

İsrail dövləti cinayətkar Lapşini niyə müdafiə edir – ekspertdən maraqlı şərh

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İsrail dövləti cinayətkar Lapşini niyə müdafiə edir - ekspertdən maraqlı şərh

Kerri Trampı Rusiyanın dəvətini qəbul etməyə çağırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.