"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Ermənistan işğalçıdır` – Macar deputat

27 Yanvar 2016 - 16:15
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) qış sessiyasında Macarıstanı təmsil edən deputat Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
Trend xəbər verir ki, AŞ PA-nın qış sessiyası çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı AŞPA-nın Bosniya və Herseqovinyadan olan deputatı Militsa Markoviçin “Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi” və Böyük Britaniyadan olan deputat Robert Volterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın şiddətlənməsi” hesabatlarının müzakirəsi zamanı AŞPA-da Macarıstanı təmsil edən – Daha Yaxşı Macarıstan Uğrunda – Yobbik partiyasının sədr müavini Marton Döndöşi Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatla çıxış edib.

M.Döndöşi erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda və ətraf rayonlarda həyata keçirilən işğalçılıq siyasətindən, dinc əhaliyə qarşı vəhşiliklərdən danışaraq, münaqişə nəticəsində Azərbaycanın böyük ərazi itkisinə məruz qaldığını və humanitar fəlakətlə üzləşdiyini bildirib. Ölkəmizin 30 minə yaxın vətəndaşını itirdiyini, 100 min insanın yaralandığını və 1 milyona yaxın yerli sakinin qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu qeyd edib.

Macar millət vəkili çıxışı zamanı münaqişənin həlli üçün Minsk Qrupunun fəaliyyətini, BMT və AŞPA-nın qətnamələrini xatırladaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bütün qərarların kağız üzərində qaldığını, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən münaqişədən hələ də ən çox əziyyət çəkənin Azərbaycan tərəfi olduğunu bildirib.

AŞPA-nın münaqişəyə müdaxiləsini məqsədəuyğun saymayan həmkarlarını qınadığını və onları başa düşməkdə çətinlik çəkdiyini deyən M.Döndöşi insan hüquqlarının kütləvi şəkildə pozulması, qanlı münaqişələr və humanitar fəlakətlərlə bağlı AŞPA-nın mövqe nümayiş etdirməsinin təşkilatın əsas hədəfi olduğunu bildirib və sadaladığı halların hər birinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində müşahidə edildiyini diqqətə çatdırıb.

Daha sonra M.Döndöşi BMT Təhlükəszilik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini, AŞPA-nın 1416 və 1614 saylı qətnamələrini, həmçinin 2010-cu ildə NATO və Avropa Parlamenti tərəfindən qəbul edilmiş sənədləri xatırladan macar deputat bütün bu sənədlərdə Azərbaycan torpaqlarının işğalı faktının öz təsdiqini tapdığını qeyd edib. Çıxışının sonunda millət vəkili belə qətnamələrin qəbulu ilə bir sırada onların icra mexanizminin işlənib hazırlanmasının zəruriliyini vurğulamış və bu məqsədlə sanksiyaların tətbiqi məsələsinin də nəzərdən keçirilməsini təklif edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakının `evi yıxılan` ev bazarı… – Reportaj

Next Post

Kosmos haqqında maraqlı məlumatlar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Kosmos haqqında maraqlı məlumatlar

Qənirə Paşayeva bu gün AŞPA-nın iclasında təşkilatı kəskin tənqid edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.