"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan mafiya qalmaqalında

17 Noyabr 2015 - 19:32
in XƏBƏR LENTİ

Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan başa düşülməyən formada, qlobal silah ticarəti adı altında Avropa İttifaqına üzv dövlətlərin Yerevandakı səfirləri ilə görüşüb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu görüş barədə əlavə məlumat verilməsə də, İtaliya KİV-də yer almış məlumat Ermənistanın hansı səbəbdən təşviş içərisində olduğunu aşkara çıxardı. AzVision.az Dailykarabakh-a istinadən verdiyi məlumata görə, son günlər İtaliyanın aparıcı kütləvi informasiya vasitələrində qanunsuz silah alveri ilə bağlı bir ildən artıq davam edən istintaq diqqət mərkəzindədir.

İstintaqın məqsədi Somali, Ermənistan, Kot d`İvuar, İraq, Liviya, Nigeriya, İran, Cənubi Sudan və Anqolaya qanunsuz olaraq mülki və hərbi vertolyotlar, digər texnika və silahların satışını araşdırmaqdır. İtaliya mətbuatının məlumatına görə, mülki istifadə adı ilə satılan vertolyotlar daha sonra göndərilən ölkədə yeni və işlənmiş vertolyotların satışı ilə məşğul olan İtaliyanın “Elicotteri Srl İtaliya” şirkəti tərəfindən hərbi məqsədlər üçün yenidən quraşdırılırdı.

Məsələ ilə bağlı İtaliyanın Mafiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan təhqiqat çərçivəsində artıq 23 nəfər istintaqa cəlb edilib. İstintaqa cəlb olunan əsas şəxslər “Elicotteri Srl İtaliya” şirkətinin rəhbəri Andrea Pardi və İtaliyanın Ermənistanda son zamanlara qədər səfiri olmuş, hazırda isə Ermənistanın İtaliyada lobbiçilərindən biri olan Bruno Skapini hesab olunur.

İstintaqın ilkin nəticələrinə əsasən qanunsuz silah satışı çərçivəsində Ermənistana çox yüksək qiymətə İtaliyanın “Agusta-Westland” şirkətinin istehsal etdiyi 4 döyüş vertolyotu satılıb.

İstintaqla bağlı İtaliyanın müxtəlif regionlarında – Veneto, Abrutso, Kampaniya, Friuli-Venesiya-Culia, Latsio, Liquriya, Lombardiya, Molize, Piemonte, Siciliya və Toskanada polis axtarışları davam edir.

İtaliya mətbuatının yazdığına görə, həmin istintaq çərçivəsində Neapol şəhərində qanunsuz silah alveri və muzdlu döyüşçülərin təşkili məsələsi ilə bağlı araşdırma başlayıb. İstintaq zamanı orada fəaliyyət göstərən “Casalesi” mafiya klanının muzdlu döyüşçülərə təlimlərin keçirilməsi və onların dünyada mövcud olan münaqişə bölgələrinə göndərilməsi, həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu aşkar olunub.

Hadisə İtaliyanın aparıcı qəzeti olan “La Repubblica” qəzetində, İtaliyanın əsas televiziya kanalı olan “Rai” kanalında və digər KİV-lərində son günlər öz əksini tapıb. “Rai” kanalının Milena Qabanellinin aparıcısı olduğu “Report” proqramında noyabrın 15-də məsələ barədə geniş reportaj nümayiş etdirilib və orada Ermənistanla aparılmış qanunsuz silah alveri əməliyyatından bəhs edilib.

Hazırda İtaliyanın gömrük və vergi qanunvericiliyinin pozulması ilə müşayiət olunan və beynəlxalq mütəşəkkil cinayətkar qruplar vasitəsilə adıçəkilmiş İtaliya şirkətinin həyata keçirdiyi qanunsuz silah alveri zamanı münaqişə bölgələrində terrorçu təşkilatlarla mümkün əlaqələr İtaliyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Ermənistanın bu kimi qanunsuz silah ticarətinin əsas məntəqəsi olması heç kimi sirr deyil. Beynəlxalq silah qaçaqmalçılığına cəlb olunan kriminal qruplaşmaların Azərbaycanın işğal edilmiş ərazilərindən də istifadə etməsi barədə dəfələrlə məsələ qaldırılıb. “Wikileaks” sənədlərində Ermənistan Müdafiə Nazirliyinin rəhbər şəxslərinin iştirakı ilə Bolqarıstandan silahların qanunsuz olaraq alınması və sonradan onun İraq cəbhəsində terrorçu qruplara ötürülməsi barədə faktlar var. Hətta tank əleyhinə silahlardan biri ilə İraqda ABŞ tankı vurulmuşdu. Bundan sonra ABŞ hökuməti Ermənistan qarşısında ciddi tələblər qoymuşdu.

İtaliya mafiyası ilə əməkdaşlıq da Ermənistanın bu kimi qanunsuz əməllərinin bir hissəsidir.

Xatırlatmaq istərdik ki, Avropa İttifaqı daxilində ixraca nəzarət rejimi üzrə vahid qaydalar var. Bu qaydalara əsasən münaqişə tərəfi olan Azərbaycan və Ermənistana silah satışı qadağandır. Bundan əvvəl Böyük Britaniya və Fransa şirkətlərinin də Ermənistana silah satması faktları aşkar edilmişdi. İndi İtaliya hökuməti Avropa İttifaqı qaydalarının ziddinə olaraq bu silahların münaqişə tərəfi olan Ermənistana necə getməsinə də cavab verməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan iqtisadiyyatı sürətlə çökür – Yeni faktlar

Next Post

General Çovdarova qarşı yeni şok ittiham

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

General Çovdarova qarşı yeni şok ittiham

`Əhali pullarını yastığın altında saxlayır` - Ölkənin baş bankiri

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.