"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan müxalifəti Paşinyana UDUZUR

16 İyun 2022 - 11:39
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Aprelin 25-dən başlayaraq Ermənistanda hazırki hakimiyyətə qarşı etiraz aksiyaları başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla bağlı çıxışları müxalifəti daha da radikallaşdırıb.

Ermənistan parlamentində çıxış edən Paşinyan bildirib ki, beynəlxalq ictimaiyyət onlardan “Dağlıq Qarabağın statusu” ilə bağlı tələbin həddini aşağı salmağı istəyib.

Elchi.az xəbər verir ki, Paşinyanın açıqlamaları başda “Qarabağ klanı” (eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan) olmaqla müxalifətin etirazı ilə qarşılanıb.

Müxalifət Paşinyanın başçılıq etdiyi hökuməti Qarabağ məsələsində “yolverilməz güzəştlərə getməkdə” ittiham edir, onun “fərsiz siyasəti” sayəsində Ermənistanın yeni təhdidlərə düçar olduğunu və hətta dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdiyini bildirir.

Brüssel görüşündə Nikol Paşinyanın Azərbaycanla sülh sazişi üzərində işləməyə razılaşması isə Ermənistanda revanşist qüvvələri daha da qəzəbləndirib.

Mayın 1-dən parlamentin müxalifətdə olan “Mənim şərəfim var” və “Daşnaksütyun” partiyalarının başçılığı ilə genişmiqyaslı mitinqlər başlayıb. Müxalifətin əsas toplantı yeri paytaxt İrəvandakı “Fransa meydanı”dır. Müxalifət partiyaları həmçinin, Ermənistan parlamentdə iştirakdan da imtina ediblər.

Son bir ay ərzində hakimiyyətə qarşı bəyanatlar səsləndirən, çıxışlar edən müxalifət hələ ki bir nəticəyə nail olmayıb.

Görünən odur ki, Ermənistanda aksiyaları Qərb də dəstəkləmir, Rusiya isə revanşistlərə tam etimad etmir. Deyəsən, müxalifət də hakimiyyətə məğlub olduğunu anlamağa başlayıb.

Belə ki, etirazçılar meydanlardakı çadırları və barrikadaları sökür, itaətsizlik aksiyalarını isə dayandırır. Buna səbəb isə müxalifətin böhrana düşməsidir.

Erməni ekspert Yervand Bozoyan qeyd edir ki, ölkəsində müxalifətin uduzmasının əsas səbəbi siyasi məntiqə məhəl qoymamağıdır.

“Müqavimət hərəkatı öz gündəmini yeniləməlidir. O, heç vaxt ciddi prosesə çevrilməyib, çünki cəmiyyətin geniş kütlələrinin dəstəyini qazana bilmədi.

Müqavimət hərəkatı milli impuls idi, lakin bu cür hərəkatlar yalnız ictimaiyyətin geniş kütlələrinin iştirak etdiyi real ümummilli prosesə çevrilərsə, uğur qazana bilər. Təəssüf ki, bu baş vermədi. Nikol Paşinyanın Qarabağla bağlı bəyanatından sonra insanlara elə gəldi ki, bu, küçələrə çıxıb hakimiyyəti devirmək üçün kifayətdir. Amma bu baş vermədikdə, təbii olaraq böhran yarandı. Ola bilsin ki, müəyyən müddətdən sonra faktiki transformasiya baş verəcək, platformanın genişləndirilməsi baxımından strateji dəyişikliklər olacaq ki, burada təkcə Qarabağ problemləri deyil, həm də Ermənistanın gələcəyi, inkişaf perspektivləri gündəmdə olacaq”.

Politoloq qeyd edir ki, müxalifətin çadırları yığışdırması böyük zərbədir, çünki hakimiyyət bunu hərəkatın zəifliyinin əlaməti kimi təqdim etməyə çalışacaq:

“Amma digər tərəfdən, çadırlar yerində qalsa, məzmun və mübarizənin forması dəyişməzsə, bu, durğunluğa gətirib çıxaracaq, ona görə də gündəmi yeniləmək lazımdır. Bu gün Ermənistanda vəziyyət çox pisdir. Müxalifət parlamentə qayıtsa, onun fəaliyyəti kifayət qədər şübhəli olacaq, çünki iki aylıq küçə etirazlarından sonra parlamentdə olmasını izah etməlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev sülhdən DANIŞDI: “Ermənistan buna cavab vermədi”

Next Post

İnflyasiya artımına ərzaq bahalaşması təsir edib – Mərkəzi Bank

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İnflyasiya artımına ərzaq bahalaşması təsir edib – Mərkəzi Bank

İnflyasiya artımına ərzaq bahalaşması təsir edib - Mərkəzi Bank

Blinkenin köməkçisi İçərişəhərdə – FOTOLAR

Blinkenin köməkçisi İçərişəhərdə - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.