"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan NATO PA-da ifşa olundu

31 May 2016 - 11:54
in aktual-banner, Banner, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

                          

Qüdrət Həsənquliyev: “NATO Parlament Assambleyasının bu dəfəki sessiyasını Azərbaycan üçün tam uğurlu saymaq olar”

 

Dünən Albaniyanın paytaxtı Tiranada baş tutan növbəti NATO PA sessiyasında Azərbaycan nümayəndə heyəti Ermənistana daha bir sarsıdıcı zərbə vurub.
Sessiyanın gedişi barədə nümayəndə heyətinin üzvü, BAXCP sədri Qüdrət Həsənquliyev məlumat verib. Millət vəkili bildirib ki, bu sessiyanı Ermənistanın təcavüzkar siyasətinin növbəti dəfə ifşa edilməsi kimi qəbul etmək olar:
Sessiyanın gedişi barədə nümayəndə heyətinin üzvü, BAXCP sədri Qüdrət Həsənquliyev məlumat verib. Millət vəkili bildirib ki, bu sessiyanı Ermənistanın təcavüzkar siyasətinin növbəti dəfə ifşa edilməsi kimi qəbul etmək olar:
“NATO Parlament Assambleyasının plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, vitse-spiker Ziyafət Əsgərov qurumun baş katibinin müavini Aleksandr Verşbouya Azərbaycan – Ermənistan münaqişəsi barədə sual verdi. NATO rəsmisi də bəyan etdi ki, qurum Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sərhədlərin zor gücünə dəyişdirilməsi NATO üçün qəbulolunmazdır. NATO rəsmisinin bu açıqlaması auditoriya tərəfindən çox yüksək qəbul olundu və nəticədə Ermənistan nümayəndə heyətinin rəhbəri çıxışını yekunlaşdıranda ona əl çamaqdan imtina etdilər.
Sonra Rusiya əleyhinə qərar qəbul olunarkən mənim çıxışım oldu, Rusiyanın Gürcüstanın və Ukraynanın torpaqlarını işğal etməsinə dair qərar qəbul olunarkən mən çıxış edərək bildirdim ki, ikili standartlar siyasəti həm beynəlxalq hüququ zədələyir, həm də ona olan hörməti azaldaraq yaşadığımız dünyanı daha təhlükəli edir.
Bundan başqa bildirdim ki, 2014-cü ildə Britaniyanın Veas şəhərində NATO sammitinin qəbul etdiyi qətnaməyə görə NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Aleksandar Verşbou isə bunu bu gün bir daha təsdiq elədi. Belə olduğu halda nədən NATO Azərbaycanın ərazilərini işğal etmiş Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın fəaliyyətini pisləmir? Bildirdim ki, əslində Ermənistanın da təcavüzkar siyasəti qətiyyətlə pislənilməlidir. Bundan sonra Ermənistan nümayəndə heyəti yerdən hay-küy salmağa başladılar, amma sessiyanın sonunda əksər parlamentarilər bizə yaxınlaşaraq təbrik etdilər və Ermənistanı Rusiyanın hərbi-siyasi müttfəqi kimi ifşa etdiyimizi, onların bilərəkdən sülh danışıqlarını pozduqlarını güclü arqumentlərlə ortaya qoyduğumuzu bildirdilər.
Qeyd edim ki, nümayəndə heyətimizin bütün üzvləri müxtəlif komitələrdəki müzakirələrdə aktiv şəkildə iştirak etdilər və hesab edirəm ki, NATO Parlament Assambleyasının bu dəfəki sessiyasını Azərbaycan üçün tam uğurlu saymaq olar.
Onu da vurğulayım ki, bu sessiya Albaniyanın Tirana şəhərində keçirilir və yeri gəlmişkən bildirim ki, nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovla Albaniya parlamentinin spikerinin maraqlı görüşü baş tutdu. Albaniya parlamentinin spikeri də birmənalı olaraq bəyan etdi ki, Albaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. Sikerin bu cür qətiyyətli mövqeyini Albaniyanın bütün mediası, telekanalları bir neçə dəfə yayınladılar”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Bu qanunun qəbul edilməsi əks effekt yarada bilər` – Əli Həsənov

Next Post

Cavid Hüseynova hökm oxundu – 4 il həbs

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post

Cavid Hüseynova hökm oxundu - 4 il həbs

İyunda dəhşətli isti olacaq - Aylıq proqnoz

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.