"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ermənistan növbəti dəfə “Dəmir yumruğun” “dadına baxacaq”

18 Oktyabr 2022 - 13:00
in MÖVQE

“Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qərar qəbul edib.
Bildirilib ki, missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək və onun tərkibi 40 monitorinq ekspertindən ibarət olacaq: “Bu, Aİ-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq kimi ali məqsədə töhfə verməyə tam sadiqliyinin daha bir sübutudur”.
Mülki missiya müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq.
Bu təklif Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa dövlət başçısı Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqada keçirdikləri dördtərəfli görüşdə səslənmişdi”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az bildirir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov FB hesabında bildirib:

“İlk növbədə onu deyək ki, Türkiyə istisna olmaqla, istənilən üçüncü qüvvənin regionda proseslərə təsir edəcək səviyyədə mövcudluğu bizim üçün sərfəli deyil. Çünki ötən otuz il ərzində Rusiyanın da, Fransanın da, ABŞ – ın da qeyri – səmimi olduqlarını görmüşük. Onların Minsk Qrupunun tərkibində prosesləri uzatmaq cəhdləri göstərdi ki, həmin dövlətləri düşündürən regiondakı sabitlik yox, buradakı maraqlarıdır. Deməli, Aİ- nin mülki missiyasından da ciddi bir nəticə gözləməyə dəyməz.
Məlumdur ki, Ermənistan regionla bağlı dekonstriktiv siyasəti zamanı həmişə üçüncü qüvvələrə güvənib. Ayrı – ayrı vaxtlarda müxtəlif dünya dövlətləri və beynəlxalq təşkilatlar İrəvan üçün “hava yastığı” rolunu oynayıb.
Artıq Ermənistanın Daşkəsənlə sərhəddə ağır texnikalar yığmasına dair məlumat var. Çox güman, düşmən bu dəfə Aİ missiyasına arxalanır.
Prezident İlham Əliyev bir müddət əvvəl bildirmişdi ki, ilin sonuna kimi Ermənistanla yekun sülh müqaviləsi imzalana bilər. Əlbəttə, bir çox güclər, o cümlədən Fransa bunu istəmir. Çünki bu zaman onların bölgədəki mövcudluqlarına ehtiyac qalmayacaq.
Maraqlıdır ki, missiyanın fəaliyyətinin iki ay davam edəcəyi bildirilir. Yəni missiya ilin sonuna qədər fəaliyyət göstərəcək. Bu, Aİ- nin sülh prosesinə mane olmaq istiqamətində çalışdığını göstərir”.

Ekspertin sözlərinə görə, Fransa Aİ- nin aparıcı dövlətlərindən biridir. Parisin Ermənistana, Azərbaycan həqiqətlərinə münasibəti məlumdur. Deməli, bu dövlətdən məkrli addım gözləməmək özü təəccüblüdür:

“Başqa vaxt “Qərbin Cənubi Qafqaza gəlişi” bizim “qırmızı xəttimizdir” deyən İran, Rusiya indi “ağızlarına su alıblar”. Tehran və Moskva sanki “üç meymun” oynayır. Çünki regionda sabitliyin təmin olunmaması cənub və şimal qonşumuzun da maraqlarına uyğundur. Bu, göstərir ki, onlar da bölgə ilə bağlı bəyanatlarinda səmimi deyillər.
Qarşıdakı günlərdə Ermənistanın təxribatlarının genişlənəcəyi istisna deyil. Aİ missiyasına arxalanan düşmənin “ayağı yel ala bilər”.
Nəzərə almaq lazımdır ki, Azərbaycan hər ssenariyə hazırdır. Əgər sərhədə yerləşdirilən mülki missiyadan və səbrimizdən sui – istifadə edilərsə, olan İrəvan və üçüncü tərəflərə olacaq. Ermənistan növbəti dəfə “Dəmir Yumruğun” “dadına baxacaq”, beynəlxalq institutlar və dünya dövlətləri isə olan- qalan etimadlarını da itirəcəklər”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanla bərabər olmağa davam edəcəyik – Türkiyə MN

Next Post

Ruslar bu tarixə kimi Baxmutu tutmaq istəyir – Malyar

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Ruslar bu tarixə kimi Baxmutu tutmaq istəyir – Malyar

Ruslar bu tarixə kimi Baxmutu tutmaq istəyir – Malyar

“Ukrayna bu dövlətlə münasibətlərə SON qoymağı düşünür”

"Ukrayna bu dövlətlə münasibətlərə SON qoymağı düşünür"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.