"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan praporşikin ölümünü gizlədib: Keşişoğluyanın cəsədi uçuruma yuvarlanıb

08 Aprel 2015 - 15:02
in GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

digaXəbər verildiyi kimi, dünən Ermənistan İstintaq Komitəsi təmas xəttinin şimal-qərb istiqamətində erməni hərbçisinin-baş praporşik (Azərbaycan ordusunda baş gizir rütbəsinə uyğundur-red.) Ayk Keşişoğluyanın öldürüldüyünü açıqlayıb.

Qısa məlumatda deyilirdi ki, hərbçi Azərbaycan tərəfdən açılan atəşlə öldürülüb və faktla bağlı araşdırma başladılıb, lakin insidentin nə vaxt baş verdiyi haqda heç nə deyilmirdi.

Həmçinin Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü haqda heç bir rəsmi məlumat yaymamışdı.

İndi isə erməni KİV-ləri araşdırıblar ki, Keşişoğluyan hələ aprelin 3-də öldürülüb. Onun öldürüldüyü haqda ailəsinə ancaq cəsədi gətirib təhvil verəndə bildiriblər.

“Qraparak” qəzetinin yazdığına görə, 43 yaşlı Keşişoğluyan Araqatson vilayətinin Niqavan kəndindəndir. Kənd administrasiyasının rəhbəri Artaşes Qalstyan insidentin aprelin 3-də gecə baş verdiyini bildirib.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən bildirir ki, Ermənistan İstintaq Komitəsinin rəsmisi Sona Tuzyan epress.am saytının insidentin nə vaxt və hansı şəraitdə baş verdiyinə dair sorğusuna cavab verməyib.

Kənd administrasiyasının rəhbəri isə insidentin necə baş verdiyi haqda bunları deyib: “Duman olub. Duman çəkiləndə düşmən atəş açıb, ona 3 güllə dəyib. Kömək çağırana qədər Keşişoğluyan yəqin ki, bizim posta tərəf sürünməyə çalışıb, ancaq bacarmayıb və uçuruma yuvarlanıb. Bütün günü cəsədi götürməyə çalışıblar, ancaq cəsəd düşmənin görüş məsafəsinə düşdüyü üçün mümkün olmayıb, ancaq ertəsi gün götürə biliblər”.

Keşişoğluyanı aprelin 7-də basdırıblar. Kənd administrasiyasının rəhbəri deyib ki, onun üç uşağı var. Biri Rusiyada hərbi məktəbdə oxuyur, o biri Xankəndində xidmət edir. Üçüncüsü isə hələ məktəblidir. Ailənin sosial vəziyyəti olduqca ağırdır.

Ermənistan Müdafiə Nazirliyi insidentə hələ də şərh verməyib və bu, düşmən ölkənin təmas xəttində ölən hərbçiləri barədə məlumatları gizlətməsinin növbəti sübutudur. Digər tərəfdən, Keşişoğlunun hansı şəraitdə vurulduğuna dair deyilənlər onun Azərbaycan mövqelərinə həmlə etməyə cəhd edən diversiya qrupunun tərkibində olduğuna dəlalət edir.

Görünür, dumandan istifadə edən düşmən hərbçiləri Azərbaycan ordusunun mövqelərinə həmlə etməyə cəhd edib, ancaq baş tutmayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əlilliyi olan 6350 şəxs reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib

Next Post

“Sovetski” sakinlərinə ucuz ev satmaq istəyən sahibkar 6 il iş aldı – (Fotolar)

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

“Sovetski” sakinlərinə ucuz ev satmaq istəyən sahibkar 6 il iş aldı - (Fotolar)

Gəncədə tapılan silah Surət Hüseynovun dostuna məxsus imiş...

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.