"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ermənistan qlobal güclərin əlində “maşa” rolunu oynamaqda davam edir”-Deputat

26 Sentyabr 2022 - 17:26
in MÖVQE

“Ötən əsrin sonlarında, ikinci dəfə dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı, tarixinin ən mürəkkəb sınaqları ilə üz-üzə qaldı. Qarabağ və ətraf rayonların işğalı nəticəsində on minlərlə gənclərimiz şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Xalqımız, dövlətimiz, Vətən uğrunda canlarından keçmiş əsgərlərimizin, zabitlərimizin xatirəsini əziz tutur və hər zaman dərin ehtiramla yad edir. Bu baxımdan, Prezident İlham Əliyevin “27 Sentyabr-ANIM GÜNÜ” ilə bağlı iimzaladığı sərəncam xüsusi əhəmiyyət kəsb edir. 7-dən 70-ə milyonlarla insan ölkənin bütün şəhər və rayonlarında müqəddəs ziyarətgahlara çevrilmiş ŞƏHİDLƏR xiyabanına axışır. Şəhidlərin ruhuna dualar oxunur”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Nəsib Məhməliyev FB hesabında qeyd edib:

“Sentyabrın 27-si. Səhər saatlarında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya kanalları vasitəsilə Azərbaycan xalqına tarixi müraciətini edir.
“Bu gün səhər, Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək, bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşlar. Düşmən atəşi nəticəsində, mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Onların qanı yerdə qalmayacaq. Biz öz torpağımızda vuruşuruq. Azərbaycan Ordusu, Azərbaycan torpağında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbacan Ordusu öz torpağında, Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və Biz Zəfər çalacağıq. Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır”
Ali Baş Komandanın bu çıxışı, etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarını, dünya azərbaycanlılarını vahid YUMRUQ kimi birləşdirdi.
Beynəlxalq miqyasda isə, çaxnaşmalara səbəb oldu və gündəmin əsas müzakirə mövzusuna çevrildi.
Ermənistanın şər maşını işə düşdü. Baş nazir Nikol Paşinyanın yalvarışlarından sonra, böyük dövlətlərin başçıları, beynəlxalq təşkilatlar bir-birinin ardınca Prezident İlham Əliyevə zənglər edir, bəziləri isə, yalançı faktlarla həddən artıq canfəşanlıqla müharibənin dərhal dayandırılmasına çağırırdılar. Planetin ən nüfuzlu mətbuat orqanları, televizya kanalları Azərbaycana fokuslanmışdı.
Döyüş əməliyyatlarında olduğu kimi, informasiya müharibəsinə də, bilavasitə Prezident İlham Əliyev başçılıq edirdi. Ölkə Başçısının 40-a yaxın müsahibəsi, dünya erməniliyinin 100 ildən bəri formalaşdırdığı miflərin darmadağın olması ilə nəticələndi. Hətta, ənənəvi olaraq, açıq şəkildə ermənipərəst mövqeyi ilə seçilən mətbuat nümayəndələri, politoloqlar belə cənab Prezidentin savadını, yüksək peşəkarlığını, diplomatik qabiliyyətini etiraf etmək məcburiyyətində qalırdılar.
Eyni zamanda, xarici ölkələrdə yaşayan soydaşlarımız mitinqlər, nümayişlər təşkil edir, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır, çoxsaylı erməni diasporasının yalanlarını ifşa edirdilər.
Millət vəkilləri, ziyalılar, politoloqlar tərəfindən, müxtəlif ölkələrin parlamentariləri, beynəlxalq təşkilatlar məktublar yazılır, Ermənistan rəhbərliyinin provakativ davranışları, “Qarabağ Ermənistandır, nöqtə” , “Yeni ərazilər üçün, yeni müharibə” tezislərinin müharibəyə səbəb olması ilə bağlı məlumatlandırılırdılar. Bir sözlə, xalq bir nəfər kimi müharibəyə köklənmişdi. Ermənistanda 10 mindən artıq fərari qeydiyyata alınsada, Azərbaycanda bir nəfər də olsa belə hala rast gəlinməmişdi.
Zəfər yolunun taleyüklü mərhələsi, 27 sentyabrdan başlayır və 44 günlük Vətən müharibəsinin hər günü, Müzəffər Ordumuzun irəliləyişi ilə tarixə düşmüşdür. Hər günün yekununda xalq, Ali Baş Komandanın canlı olaraq, müraciətini böyük səbrsizliklə gözləyir, işğaldan azad olunmuş yaşayış məntəqələrinin, məhv olunmuş döyüş texnikalarının, silahların siyahısını həyəcanla gözləyirdilər.
Beləliklə, noyabr ayının 8-də hər bir azərbaycanlı üçün müqəddəs şəhər, Şuşa azad olundu. Noyabrın 10-da isə, düşmən kapitulyasiya aktına imza atdı. Dünya erməniliyinin əsrlərdən bəri təbliğ etdiyi arzuları puç oldu.
Əfsuslar olsun ki, müharibədən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etmək istəmir. Zəngəzur dəhlizini açmaq istəmir, sərhədlərin delimitasiya, demarkasiya məsələlərinə başlamır, silahlıları Qarabağdan çıxarmır. Müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayınır. Ağır məğlubiyyətdən nəticə çıxarmır və qlobal güclərin əlində ,,maşa,, rolunu oynamaqda davam edir. Son təxribatları nəticəsində yenidən şəhidlər verdik və qisasımız da ermənilər üçün sarsıdıcı oldu.
Dünyada olduqca mürəkkəb proseslər gedir. Yeni dünya nizamı formalaşır və yeni qurulan təhlükəsizlik sistemində Azərbaycanın dövlət, milli maraqlarının qorunması üçün ən yüksək standartlara cavab verən Ordunun, inkişaf etmiş iqtisadiyyatın, milli birliyin olması şərtdir.
Müşahidələr göstərir ki, Cənubi Qafqazda Ermənistanla yanaşı, gərginliyin saxlanılmasında maraqlı olan kifayət qədər xarici qüvvə var. Onlar sülhün yaranmasını, tarixi ,,erməni məsələsinin,, gündəlikdən tamamilə çıxarılmasını öz geosiyasi maraqları üçün təhlükə olaraq görürlər.
Ona görə də, biz xalq, dövlət olaraq, hər an xarici təhdidlərə hazır olmalı, artıq özünü hərb meydanlarında, diplomatik masada təsdiq etmiş Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməliyik”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ Ukraynaya yeni yardım paketini açıqladı

Next Post

İranın “terror aktları ssenarisi”: Siyahıda Azərbaycan da var

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
İranın “terror aktları ssenarisi”: Siyahıda Azərbaycan da var

İranın “terror aktları ssenarisi": Siyahıda Azərbaycan da var

Putin Latviya ilə bu sazişə xitam verdi

Putin Latviya ilə bu sazişə xitam verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.