Dağlıq Qarabağdakı təmas xəttində hərbi əməliyyatlarla bağlı Ermənistanın Nazirlər Kabineti təcili iclas keçirir.
Ermənistan mediası xəbər verir ki, baş nazir Ovik Abramyanın rəhbərliyi ilə keçirilən iclas cəbhə xəttində baş verənlərlə bağlıdır.
Nazirlər Kabinetinin mətbuat xidməti iclasda bütün güc strukturlarının rəhbərliyinin iştirak etdiyi ilə də bağlı məlumat yayıb.




